Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə2/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   2   3   4   5   6   7   8   9   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 

cəyə  ən  böyük  töhfədi.  Tarixi  həqiqətlərin  bədii  ədə-
biyyata  transfer  olması  genetik  yaddaşımıza  qayıdışın 
ən  gözəl  vasitələrindəndi.  Tarixlə  bədii  ədəbiyyatın 
harmoniyası həqiqətin “vərəsəlik hüququ”nun daşıyıcı-
dı. Zamanın ən ağır məngənəsindən cəsarətlə sivişib çı-
xan tarix və ədəbiyyat doğma qardaş kimi hələ də bir-
likdə addımlamaqdadı.  
Sərraf  Şiruyə  çox  əsirlik  xalq  şeirimizin  müasir 
dövrdə  ünlü  təmsilçilərindən  hesab  olunur.  50  illik 
yaradıcılığı  zamanın  da  saya  gəlməz  dərəcə  də  oxucu 
kontingentinin rəğbətini qazanıb. Uzun illər şeirləri so-
vet qlavnitinin “dəmir məngənə”sindən keçməsə də, şi-
fahi  şəkildə  xalq  tərəfindən  yaddaşlara  köçüb,  sovet 
senzurasının  təhlükələrindən  hifz  olunub.  El  məclislə-
rində  şirin-şirin  təcnisləri,  qoşmaları,  gəraylıları  aşıq-
lar, xanəndələr tərəfindən sevilə-sevilə ifa olunub, oxu-
cuların,  dinləyicilərin  könül  dünyasını  işıqlandırıb. 
Sərraf  Şiruyə  yaradıcılığında  əzəli-əbədi  türk  torpağı 
olan Göyçə faktoru demək olar ki, əsərlərinin əsas leyt-
motivini təşkil edir. Ona görə də ədəbiyyatmızda, folk-
lorumuzda Göyçəşünaslığın ən zəngin qollarından biri 
kimi Sərraf Şiruyə yaradıcılığını göstərmək olar.  
Sərraf  Şiruyə  “Ayrılıq  belə  düşdü”  adlandırdığı 
poeması yenə də əbədi mövzusu olan Göyçə və göyçə-
lilərə  həsr  olunub.  Şair  ilk  növbədə  Göyçənin  tarixini, 
etnoqrafiyasını, qənirsiz təbiətini, azman saz-söz sənət-
karlarını, cəsur, igid oğullarını poetik qüdrəti ilə xrono-



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin