Sərraf Şiruyə
10
Yayılanda nənələrin nehrəsi,
Bişib yağlanardı pencər kətəsi.
Qoruncanın çiçək açan vədəsi,
Beçə balı, qaymaq idin, Daşkəndim.
Aşıq Alı baharını anıbdı,
Aşıq Nəcəf qaynar suda yanıbdı.
Aqil-arif səni çoxdan qanıbdı,
Hikmətli dil, dodaq idin, Daşkəndim.
Həsrətliklə gözləyirdik Novruzu,
Yumurtalar boyanardı qırmızı.
Bulaq üstdə sevərdi oğlan qızı,
Hörmə dəsmal, daraq idin, Daşkəndim.
Nişanlılar sayardılar hey günü,
Qara zurna səslənərdi yay günü.
Al-qırmızı bəzənərdin toy günü,
Hər havaya oynaq idin, Daşkəndim.
Papaq idi nənələrin dingəsi,
Kəmər idi gümüş pulun sikkəsi.
Pay paylardı bəy, gəlinin yengəsi,
Alqış deyən dodaq idin, Daşkəndim.
Zurnada Zamaxan, Mehvalı, Məcid,
Dünyamalı, Tapdıq, “Totulu” kilid.
1
Ay Xıdır, Qəhrəman gücünü bərkit,
Zuy-zurna, dəf-çombaq idin, Daşkəndim.
1
Totulu – Həsən adlı ən mahir nağaraçının ləqəbi
|