|
Ayrılıq belə düşdü
19
APARDI NURƏLİ
Mərhum Xəlilov Nurəli Əli oğlunun xatirəsinə
Qəbir deyir – mən qaranlıq zülmətəm,
O zülmətə nur apardı Nurəli.
Qəbir deyir – yem gətirin acam mən,
Şirin nemət, bar apardı Nurəli.
Qəbir deyir – mən torpaqlar eviyəm,
Əqrəb, ilan mən tapdaqlar eviyəm.
Mən kasadlıq, mən soyuqlar eviyəm,
Xalça, xalı, var apardı Nurəli.
Diqqət verin siz qəbirin sözünə,
Səxavət istəyir alov-közünə.
Xeyirxah işiylə özü-özünə,
Bir rahatca yer apardı Nurəli.
Qəbrin istədiyi yaxşı əməldi,
Şiruyə, pak-ülvi, səxalı əldi.
O əməl-amalnan məzara gəldi,
Təmiz iman, sur apardı Nurəli.
2014-cü il
|
|
|