Ayrılıq belə düşdü
29
Hər gələn sevdi yurdu,
Dostluq xanəsi qurdu.
Ayrılıq çatdı, durdu,
İndi ağlar gözü var.
Nədən deyir, nələr deyir bu üzlər,
O üzləri görən səni əzizlər.
Qoynundakı dağlar, daşlar bu düzlər,
Xəbər
verir bizə Həzrət Əlidən,
Peyğəmbərin canişini Vəlidən.
Mədinədən tutmuş ta Çinə qədər,
Şəhri-Zərin sirli içinə qədər.
Salsalın axirət köçünə qədər,
Həzrət Əli burda döyüş aparmış,
Tanrı hər izini daşa salarmış.
Daşlara düşərmiş ayaq, əl, izi,
O Allahın sevimlisi, əzizi.
Möcüzə önündə
qoyubdu bizi,
“Düldül” atın ayaq izi daşdadı,
Bu məbədlər başımızdan başdadı.
Beşdi, ondu qoynundakı bu sirlər,
Keçib neçə qərinələr, əsrlər.
Sonra
gəlib Dədə Qorqud deyirlər,
O da sənə “gözəl”, “göyçək” deyibdi,
Sabahına xoş gələcək deyibdi.