O ərlərdən, ərənlərdən yazıblar,
Seyidlərdən, o pirlərdən yazıblar.
Neçə-neçə hünərlərdən yazıblar,
Mən yazacam bir xeyirxah ocaqdan.
Xeyirxahlıq heç düşməsin dodaqdan.
İnsan bu dünyanın əşrəfi olar, Vicdan təmiz ola, can sağlam ola. Nə şeytan, nə iblis güc gələ bilməz, Mühit sağlam ola, an sağlam ola. Hər haya, haraya gəlməyə nə var, Hər şeyi öyrənib, bilməyə nə var, Dağları, daşları dəlməyə nə var, Tale üzə gülə, can sağlam ola. Hər şey düz olarsa gör nələr olmaz, Bir ürək qəmlənməz, qəlb mələr olmaz. Zərrəcə haqq işə şübhələr olmaz,