03.10.2014
Bərdə
Ayrılıq belə düşdü
21
AYRILIQ BELƏ DÜŞDÜ
(dastan-poema)
Sərraf Şiruyə
22
Anam Göyçə, bir mayaqsan,
Sən dağların zirvəsində.
Göyçə özü bir zirvədir –
Öyünməynən zirvə, sən də!
PROLOQ
Anam Göyçə, ayağına sürünüb,
Yenə sənlə görüşməyə gəlmişəm.
Xəyaldımı, yuxudumu bilmirəm,
Qucaqlaşıb, öpüşməyə gəlmişəm
Hər anımda səni deyib anmışam,
Həsrətinlə alovlanıb yanmışam!
Vüsalın eşqiylə qanadlanmışam,
Küləyinlə ötüşməyə gəlmişəm
Əfsanə deyildi arzu, diləyim,
Sənsən ümid yerim, darda gərəyim.
Həsrətindən çat veribdi ürəyim,
Məlhəm umub bitişməyə gəlmişəm.
Bulaqların buz suyundan içib hey,
Pencərini dişim ilə biçib hey.
Sərt, sıldırım cığırlardan keçib hey,
Qayalarla didişməyə gəlmişəm.
|