Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə12/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   8   9   10   11   12   13   14   15   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 
14 
 
Sağ olsun İlhamı verdi mövzunu, 
Əritdi qəlbimin həsrət buzunu. 
Haqqa şükür tamamladım yazını, 
Yazılmamış varaq idin, Daşkəndim. 
 
Şiruyəyəm, ömrüm-günüm heyrətdə, 
Həsrətinlə zillətdəyəm, zillətdə. 
Ayılmadın, niyə yatdın qəflətdə, 
Sən ki, hər vaxt oyaq idin, Daşkəndim? 
2014-cü il 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
15 
 
DAŞKƏNDİM 
 
Könlümü viran etmisən,  
Könlü yaralı Daşkəndim.  
Qaçqın, köçkün eli kimi,  
Bəxti qaralı Daşkəndim. 
 
Əhd elədik hər oynunda,  
Əhdimiz qaldı boynunda.  
Doğulduq sənin qoynunda,  
Olduq haralı Daşkəndim?  
 
Nur verən yox çırağına,  
Əl atan yox bucağına.  
Küsüb Seyid ocağına,  
Gəlmir maralı, Daşkəndim.  
 
Xanimanlar boş qalıbdı, 
Ocaq sönüb, daş qalıbdı. 
Yad sənə sirdaş qalıbdı, 
Eldən aralı Daşkəndim. 
 
Qoynundan bir daş gətirdim,  
Təsəlli, sirdaş gətirdim,  
Yanağımda yaş gətirdim,  
Çəkdim zavalı, Daşkəndim.  
 
 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin