5
loji ardıcıllıqla xatırlayır. XX əsrin əvvəllərində Göy-
çədə cərəyan edən hadisələrin – sovet sosrealizminin
gətirdiyi bəlaların, ermənipərəst qüvvələrin müsəlman-
ların qanı bahasına törətdiyi cinayətlər, qaçqınlıq-
köçgünlük səfaləti əsərin tarixi və bədii yükünü bir az
da dərinləşdirir. Şair eşidib-bildiyi real faktları bədii
lövhələrlə nəzmə çəkir. Əsərin əsas qəhrəmanlarından
olan Qara Əzizin həyat hekayəti Göyçə mahalının Daş-
kənd kəndinin taleyinin tərkib hissəsi kimi qələmə
alınır. Əziz kişinin övladlarının başına gələn müsibət-
lər, oğlu Niftalının Böyük vətən müharibəsində itgin
düşməsi, zamanın tələbləri əsasında baş verir. Stalinin
repressiya maşının sürətlə işlədiyi bir dönəmdə erməni
məkiri ilə azəri türklərinin “kulak”, “qolçomaq” adıyla
istismar edilib həbs olunması, tarixin danılmayan fakt-
larından biri kimi əsərin əsas məziyyətlərindəndi. Əsər
mövzu etibari ilə poema janrından çox prazaik detalları
ilə diqqət cəlb etdiyindən, şair hər bir hekayəti poetik
qəlibə salaraq axıcı bir təhkiyə ilə nəql edir. Poema
əsasən bədbin tarixi hadisələr üzərində köklənsə də,
Əziz kişinin ortancıl oğlu Əli Xəlilovun böyüyüb ali
təhsil alması, öz doğma kəndi Daşkənddə, qonşu Suba-
tan kəndində təsərrüfat rəhbəri kimi çalışması, çevik
zəkası sayəsində qardaşlarını, övladlarını qeyrətli bir
türk kişisi kimi himayə etməsi, oxucunu bədbin ovqat-
dan ayırır. Sonralar Əli kişinin Allahın evini ziyarət
edib “Kərbəlayı” adını qazanması, qardaşı Niftalının