partenogenez (yun. “parthenos” – qız, “genesis” – doğulma) adlanır. Partenogenez erkək bal arıla-
rında, dafniyalarda, mənənələrdə və s. heyvanlarda müşahidə olunur.
1. Qametogenezdə dişi cinsi hüceyrənin yaranması zamanı baş verən hadisələrin ardıcıllığını göstərin:
a) iri hüceyrə yumurta hüceyrəyə çevrilir.
b) ilkin cinsiyyət hüceyrələrində DNT-nin miqdarı iki dəfə artır.
c) ilkin cinsiyyət hüceyrələri böyüyürlər.
d) ilkin cinsiyyət hüceyrələri meyoz yolla bölünürlər.
e) inkişaf edən ilkin dişi cinsiyyət hüceyrəsi yalnız bir ədəd tam iri sarılıq toplanmış
hüceyrəyə başlanğıc verir.
f) ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölünür.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN Mənənələrin çoxalması, adətən,