106
Y
AŞAMAQ UĞRUNDA MÜBARİZƏ
İntensiv çoxalma. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi
lazımdır. Lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən
çox olur, yəni intensiv çoxalırlar.
Məsələni həll edin:
Bir milçək hər 20 gündən bir 120 yumurta qoyur. Əgər yumurtadan çıxan milçəklərin yarısının dişi
olduğunu
nəzərə alsaq, yayda 2 ay ərzində nə qədər milçək əmələ gələ bilər?
– Doğrudan da bu qədər milçək əmələ gələ bilərmi? Bunun səbəbi nədir?
Kütləvi surətdə çoxalan orqanizmlərin bir
qismi əlverişsiz mühit şəraitinin təsirindən, di-
gər qismi isə başqa heyvanlar tərəfindən məhv
edildiyindən onların çox
az bir hissəsi cinsi yet-
kinliyə çatır. Məsələn, bir dəniz tısbağası
yüz-
lərlə yumurta qoyur, lakin bu yumurtalardan
çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış
məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların
yaşamaq
qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır.
Dostları ilə paylaş: