104
Ç.D
ARVİNİN TƏKAMÜL TƏLİMİ
Şəkilləri nəzərdən keçirərək suallara cavab verin:
̶ Müasir it cinsləri, əsasən, hansı ümumi əcdaddan meydana gəlmişdir?
̶ İt cinslərini yetişdirərkən
insan
qarşısına hansı məqsədlər qoyur?
̶ Bu həmin heyvanların quruluş
xüsusiyyətlərində
özünü necə
büruzə verir?
̶
Sizcə, buna bənzər proses təbiətdə
mümkündürmü?
Bu prosesi necə ad-
landırmaq olar? Hansı əlamətə görə
təbiətdə müxtəlif fərdlər seçilə bilərlər?
XIX əsrin ortalarında təkamül ideyalarını möhkəmləndirən bir sıra vacib kəşflər
edildi. Bütün bunlar Çarlz Darvin təliminin yaranmasına təkan verdi. Ç.Darvin
bioloji və geoloji tədqiqatlar aparan “Biql” gəmisi ilə 5 illik (1831–1836)
dünya sə-
yahətinə çıxmış və bu səyahət zamanı Atlantik okeanındakı adalarda, Cənubi Ame-
rikada, Qalapaqos adalarında, Yeni Zelandiyada, Avstraliyada, Cənubi Afrikada ol-
muş və tədqiqatlar aparmışdır. Ç.Darvin öz ideyalarını sübuta yetirmək üçün bu sə-
yahət zamanı aldığı bəzi məlumatlardan istifadə etmişdir. Ç.Darvinə görə, populya-
siya daxilində bu mühitdə yaşamağa üstünlük qazandıran əlamətlərə malik fərdlər
seçilirlər.
Uzun illərin tədqiqatlarına istinad edən Ç.Darvin təkamül
nəzəriyyəsini irəli sür-
müş, bunu ilk dəfə 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” əsərində əsaslan-
dırmışdır.
Ç.Darvinin təkamül təliminin əsas müddəaları bunlardır:
1. Hər bir növün yetkin fərdləri çoxlu sayda nəsil əmələ gətirirlər, yəni
intensiv
çoxalırlar.
2. Qida çatışmazlığı şəraitində meydana çıxan rəqabət, yırtıcılar və xəstəliklərin
olması nəticəsində fərdlər arasında
yaşamaq uğrunda mübarizə baş verir.
3.
Yaşamaq uğrunda mübarizə nəticəsində mühitə uyğunlaşa bilməyən fərdlər
cinsi yetkinliyə çatmadan məhv olur. Mühitə uyğunlaşanlar isə həyatda salamat
qalaraq nəslini davam etdirir. Bir sözlə,
təbii seçmə baş verir.
Dostları ilə paylaş: