102
orqanizmlərin mühit şəraitinə uyğunlaşması düzgün qradasiyadan kənara çıxmağa
gətirib çıxarır. J.-B.Lamark K.Linneyin sistematikasını təkmilləşdirərək bir deyil,
çoxlu əlaməti əsas götürdü, ən başlıcası isə orqanizmin qohumluğunu və mənşəyini
əsas götürməklə elmi sistematikanı yaratdı.
Lamark
təkamül barədə iki fikir irəli sürmüşdür. Bunlardan birincisi məşqetmə-
dir. Lamarka görə, orqanizm özünü həyat şəraitinə uyğunlaşdırmaq üçün daim məşq
edir. Məşq edən orqanlar daha yaxşı
inkişaf edir, məşq etməyən isə sıradan çıxır.
1. Zürafələrin boyunları əvvəl
qısa olmuşdur.
2. Ağaclardakı yarpaqları qopar-
maq üçün boyunlarını daim dart-
maları nəticəsində
bu hey-
vanların boyunları uzanmış, bu
əlamət irsən onların nəsillərinə
keçmişdir.
3. Lamarkın
nöqteyi-nəzərincə,
zürafələrin boyunlarının uzan-
ması bu orqanın bir neçə
nəsildə
məşq etməsi ilə əlaqə-
dardır.
İkincisi isə məşqetmə nəticəsində qazanılan əlamətlərin faydalı olması və irsən
nəslə keçməsidir. Lamark buna zürafələrin boyunlarının uzanmasını misal göstər-
mişdir. Bunun sayəsində uzunboyunlu zürafələr meydana gəlmişdir. Sonrakı tədqi-
qatlar Lamarkın fikrinin düzgün olmadığını sübut etmişdir.
Fəaliyyət
– Lamark öz təsnifatını
nəyə görə “qradasiya”
adlandırmışdır?
– Lamark heyvanları
neçə sinfə ayırmışdır?
– Hansı
prinsipə görə o,
heyvanları 6 pillədə
yerləşdirmişdir?
Dostları ilə paylaş: