Karl Linneyin təsnifat sistemi. K.Linney öz təsnifat sistemində növü canlı tə-
biətin elementar vahidi kimi əsas götürmüşdü. K.Linney yaxın növləri cinslərdə,
cinsləri dəstələrdə, dəstələri siniflərdə yerləşdirməklə 4 sistematik kateqoriyanı (növ,
cins, dəstə, sinif) irəli sürmüşdü. O, növü adlandırmaq üçün ilk dəfə sələfləri tərə-
findən irəli sürülən qoşa latın adlarından istifadə etmişdi. Sistematikada növlərin
qoşa latın adları ilə adlandırılması bizim dövrümüzdə də davam edir. Linneyin
sistematikasının çatışmayan cəhəti ondan ibarətdir ki,o, növlərin sistemləşdirilməsi
zamanı yalnız bir-iki zahiri əlaməti (bitkilərdə erkəkciyin miqdarı, heyvanlarda
tənəffüs və qan-damar sisteminin quruluş xüsusiyyətləri) əsas götürmüşdü. Bu
səbəbdən genetik cəhətdən bir-birindən uzaq olan növlər eyni qrupa, bir-birinə yaxın
növlər isə müxtəlif qrupa düşürdülər. Linneyin sistematikası bitki və heyvanları
müəyyənləşdirməyə kömək göstərsə də, üzvi aləmin tarixi inkişafını əks etdirə
bilmədi. Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz
olduğunu göstərirdi. Lakin sonradan növlərin dəyişilməsi qənaətinə gəlmişdir.