1. Cümlələrdəki səhvləri müəyyən edərək düzgün ifadələr qurun: a) J.-B.Lamark “Zoologiyanın fəlsəfəsi” əsərində heyvanları quruluşun sadələşməsinə görə 14
sinifdə və 6 pillədə yerləşdirmişdir.
b) J.-B.Lamark hesab edirdi ki, qradasiyanın əsas hərəkətverici qüvvəsi ətraf mühitin orqanizmlərə
təsiridir.
c) J.-B.Lamarka görə, məşqetmə nəticəsində qazanılan faydalı əlamətlər irsən nəslə keçmir.
d) K.Linneyin təkamül təlimində ilk dəfə olaraq növlərin dəyişilməsi barədə ideya irəli sürüldü.
e) J.-B.Lamarkın təlimi müasirləri tərəfindən müvəffəqiyyətlə qəbul edilmişdir.