Mineral duzlar. Hüceyrənin qeyri-üzvi maddələrinə mineral duzlar da
aiddir. Onlara hüceyrədə, adətən, ionlar (Na
+
, K
+
, Ca
2+
, Mg
2+
kationları və
HPO
4
2-
, H
2
PO
4
-
, Cl
-
, HCO
3
-
anionları) və ya birləşmələr şəklində rast gəlinir.
Bəzi bitkilərin, məsələn, əncirin, beqoniyanın, soğanın hüceyrələrinə mikro-
skopla baxdıqda kristallar şəklində, bərk halda, suda həll olmayan kalsium
duzlarını görmək mümkündür.
Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N) sonra beşinci
yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700
mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən
sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor
deposu rolunu oynayır. Qidada bu elementlər çatışmadıqda orqanizm
həmin elementləri sümük toxumasından alır. Məsələn, atmosfer təzyiqi
aşağı düşdükdə orqanizmin öz müvazinətini saxlaması üçün adi hala
nisbətən daha çox kalsium tələb olunur. Qanda kifayət qədər kalsium
ehtiyatı olmadığından o daha çox sümüklərdən çıxarılır. Proses norma-
dan kənara çıxarsa, yaşlı insanlarda patologiya başlayır. Onlar mütəmadi
olaraq sümük ağrılarından şikayətlənir və bunu pis hava şəraiti ilə
əlaqələndirirlər.