23
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
Duzlar orqanizmdə bir sıra vacib funksiyaları yerinə yetirir. Məsələn,
kalium və natriumun xlorid duzları insanın sinir və əzələ toxumalarında
elektrik impulslarının yaranması və ötürülməsində iştirak edir. Hüceyrənin
həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili
mühiti,
demək olar, sabit qalır.
1. Düzgün cavabı seçin:
1) Hüceyrənin tərkibində
27/80 növ kimyəvi elementə rast gəlinir.
2) Suda yaxşı həll olan maddələr
hidrofil/hidrofob maddələr adlanır.
3) Hidrofob
maddələrə duzları/yağları aid edirlər.
4) Hüceyrədə su
enerji mənbəyidir/kimyəvi reaksiyalar üçün mühitdir.
5) Su 4°С / 90°С temperaturda maksimal sıxlığa malikdir.
Dostları ilə paylaş: