152
Süni biogeosenozlar. Biogeosenozlar insanlar tərəfindən də süni surətdə yaradıla
bilir. Süni biogeosenozlara tarlalar, bağlar, bostanlar və s. aiddir. Süni biogeo-
senozlar insanların qayğısı olmadan yaşaya bilmir. Təbii biogeosenozlar isə davamlı
olub bir
çox illər ərzində,
demək olar ki, dəyişmir.
İnsan tərəfindən yaradılan süni biogeosenozlar
Bağça
Park
Biosfer. Bütün təbii ekosistemlər bir-biri ilə qarşılıqlı əlaqədədir və onların ha-
mısı birlikdə Yerin canlı təbəqəsini əmələ gətirir. Bu səbəbdən Yer üzərində yaşayan
canlı aləmə daha iri
ekosistem kimi baxmaq olar ki, bu da
biosfer adlandırılır.
1. Düzgün ifadələri müəyyən edin:
A. Bitkilərin yaruslarda yerləşməsi onlara ətraf mühitin imkanlarından (resurslarından)
daha çox istifadə etməyə imkan verir.
B. Sürüdə canavarların qarşılıqlı münasibətləri növlərarası rəqabətə misaldır .
C. Yırtıcıların fəaliyyəti, adətən, şikarların populyasiyası üçün faydalı olur.
D. Parazitləri redusentlərə aid edirlər.
E. Meşə ekosistemlərində biokütlənin əsas hissəsini ağaclar əmələ gətirir.
F. Əksər ekoloji sistemlərdə produsentlər olur.
G. İstənilən biosenoz ekosistemdir.
H. Bitkilərin əksəriyyəti produsentdir.
Dostları ilə paylaş: