191
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
orqan qaraciyərdir. Burada alkoqolun 98%-ə qədəri zərərsizləşdirilir. Bu, qara-
ciyərdə gedən digər mübadilə proseslərinə təsir edir. Nəticədə qaraciyərdə çoxlu yağ
damlalarının toplanması ilə
əlaqədar onun ölçüsü böyüyür,
hüceyrələri tədricən bir-
ləşdirici toxuma hüceyrələri ilə əvəz olunur və
alkoqol hepatiti yaranır ki, bu da
sonda
sirroz xəstəliyinin baş verməsinə səbəb olur. Alkoqoldan xüsusən sinir sistemi
daha çox zərər çəkir. Bu onunla izah olunur ki, alkoqol yağabənzər maddədə yaxşı
həll olur. Belə maddələr sinir sistemində daha çoxdur. Daim spirtli içkilər içən in-
sanların beyin qabığının zədələnməsi nəticəsində əllər əsir, vaxtında müalicə olun-
madıqda
ağ isitmə deyilən kəskin psixi xəstəlik yaranır.
Dostları ilə paylaş: