Sintez qurtardıqdan sonra polipeptid zəncir mRNT-sindən ayrılır. Sonra spiral
halında bükülərək əvvəl ikincili və daha sonra həmin zülala xas olan üçüncülü
quruluş alır. Zülalların yaranması prosesi yalnız canlı hüceyrədə baş verir.
Qeyri-zülal molekulunun hüceyrədə sintezi zamanı isə əvvəl spesifik zülal-fer-
ment yaranır, sonra bu molekulun iştirakı ilə müvafiq karbohidrat və ya lipid sintez
olunur.
• 1954-cü ildə ilk dəfə zülalın ilkin quruluşu müəyyən olundu. Bu, qanda qlükozanın
miqdarını tənzimləyən insulin zülalı idi. Bu tədqiqat 10 il davam etmişdi. İnsulin
zülalı 2 polipeptid zəncirdən təşkil olunub. Zəncirlərin biri 21, digəri isə 30 amin-
turşudan təşkil olunmuşdur.
• Hazırda insulin zülalının süni surətdə sintezi mümkündür. Süni yolla alınan bir
zəncirin sintezi üçün 89, digəri üçün isə 138 kimyəvi reaksiya tələb olunmuşdur.
Canlı orqanizmlərdə isə zülal sintezi çox sürətlə gedir.