Energetik mübadilənin mərhələləri. Parçalanma reaksiyalarının gedişində
enerji ayrılır, üzvi maddələrin qeyri-üzvi maddələrə parçalanması zamanı ayrılan
enerjinin bir hissəsi ATF şəklində ehtiyat halında toplanır. Enerji mübadiləsi bir neçə
mərhələdə gedir.
16 – Maddələr mübadiləsini hansı proseslər təşkil edir? – Maddələr mübadiləsinin hansı prosesi zamanı enerji sərf olunur? – Hüceyrədə enerji hansı maddənin molekullarında ehtiyat halında toplanır?
Cədvəli dəftərinizə çəkib tamamlayın. Xanalara orqanoidlərə uyğun cümlələrin
nömrələrini daxil edin:
Mitoxondrilər
Xloroplastlar
Ribosomlar
Fəaliyyət
1 – eyni ölçüdə olmayan iki hissəcikdən ibarətdir; 2 – daxili membranı kristlər əmələ gətirir;
3 – daxili membran qranlar əmələ gətirir; 4 – endoplazmatik şəbəkənin membranlarında
yerləşir; 5 – əsasən bitki hüceyrəsində rast gəlinir; 6 – bütün hüceyrələrdə rast gəlinir; 7 –
əsas funksiyası ATF-in sintezidir; 8 – zülal sintezində bilavasitə iştirak edir; 9 – fotosintezi
həyata keçirir.
– Xloroplast və mitoxondrilərin hansı oxşar və fərqli cəhətləri var?