ı
59
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Parçalanmadan yaranan hidrogen ionu sonrakı mərhələdə istifadə olunur və
kimyəvi birləşmə əmələ gətirir. Belə kimyəvi birləşmədə enerji ehtiyat halında
saxlanılır və fotosintezin birinci fazası başa çatır. Bu fazada işığın olması vacib şərt
hesab edildiyi üçün mərhələni
işıq fazası adlandırırlar. İşıq fazasının əsas məhsulu
ATF sayılır.
Birinci mərhələdə suyun parçalanmasından
yaranan oksigen kənar məhsul kimi xaricə çıxa-
rılır və ya hüceyrənin tənəffüsü zamanı istifadə
olunur.
Qaranlıq fazasının getməsi üçün işığın olması
vacib deyil. Bu mərhələ işığın iştirakı olmadan
gedə bildiyindən onu
qaranlıq fazası adlandı-
rırlar. Qaranlıq fazasında havadan udulan karbon
qazının mənimsənilməsi və sadə karbohidratların yaranması baş verir. Bu zaman işıq
fazasının məhsullarından istifadə edilir. C
6
H
12
O
6
molekulları yaranır. Qaranlıq mər-
hələsində yaranan sadə karbohidratlardan (qlükozadan) daha sonra müxtəlif poli-
saxarıdlər – nişasta, sellüloza və həmçinin digər üzvi birləşmələr yaranır.
Dostları ilə paylaş: