62
Birinci mərhələ –
hazırlıq mərhələsi adlanır.
Bu mərhələdə mürəkkəb üzvi birləşmələr sadə
birləşmələrə qədər parçalanırlar. Əmələ gələn ki-
çik molekullar toxuma hüceyrələrinə daxil olur.
İlkin mərhələdə yaranan enerji istilik şəklində
ətrafa yayılır.
Enerji mübadiləsinin ikinci mərhələsi hücey-
rənin sitoplazmasında gedir. Oksigen iştirak etmədiyi üçün bu mərhələ
oksigensiz
mərhələ də adlandırılır. Bu mərhələdə qlükoza parçalandığı üçün buna
qlikoliz (yun.
“
glycys” – şirin, “
lysis” – parçalanma) də deyilir. Proses fermentlərin aktiv iştirakı
ilə gedir. Qlikoliz prosesində bir molekul qlükozanın parçalanmasından
iki molekul
üçkarbonlu birləşmə –
piroüzüm turşusu (C
3
H
4
O
3
) və 2 molekul ATF alınır.
Enerji mübadiləsinin üçüncü mərhələsi – oksigenli mərhələdir. Oksigenli mər-
hələ mitoxondridə gedir və burada mütləq oksigen iştirak edir. Bu mərhələdə piro-
üzüm turşusu molekulyar oksigenin iştirakı ilə karbon qazı və suya qədər oksidləşir.
Hər bir oksidləşən qlükoza molekulundan oksigenli mərhələ zamanı 36 molekul
ATF yaranır. Bu mərhələ həm də
hüceyrə tənəffüsü adlanır. Hüceyrə tənəffüsü mito-
xondrilərin kristlərində yerləşən üzvi maddələrin oksidləşməsi reaksiyalarını aktiv-
ləşdirən fermentlərin iştirakı ilə həyata keçirilir.
Dostları ilə paylaş: