Doktorantlarin və GƏnc təDQİqatçilarin XXV respublika elmi konfransi



Yüklə 30,03 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix22.12.2023
ölçüsü30,03 Kb.
#190132
növüQaydalar
  1   2   3   4
Qaydalar.docx



DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN
XXV RESPUBLİKA ELMİ KONFRANSI
MÜƏLLİFLƏR ÜÇÜN YAZI QAYDALARI
Konfransa təqdim olunan tezislər:

Azərbaycan və ya ingilis dilində yazılır və elektron qeydiyyat formasını doldurmaqla
Azərbaycan Respublikasının Təhsil İnstitutuna təqdim edilir;
▪ Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransına yalnız aşağıda
qeyd olunan şərtlərə əməl olunan tezislər qəbul olunacaqdır.
▪ Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orjinal tezislər
göndərilməlidir.
▪ Təqdim olunan tezislər konfransın elm komitəsi tərəfindən qapalı dəyərləndirmə sistemi
vasitəsi ilə dəyərləndiriləcəkdir.
Qapalı dəyərləndirmə meyarları ilə bu link vasitəsilə
tanış olmaq mümkündür:
Tezislərin dəyərləndirilməsi.docx
▪ Tezislərin statusu haqqında məlumat şəxsə
azı 3-4 həftədən
sonra veriləcəkdir. Burada
sizin tezisin statusu qəbul, düzəliş və imtina şəklində ola bilər. Əgər tədqiqatınız keyfiyyət
və yazı standartlarına cavab verirsə
“Qəbul”_,_əgər_müəyyən_texniki_düzəlişlərə_ehtiyac_varsa_“Düzəliş”_,_keyfiyyət_və_mövzu_olaraq_konfransın_standartlarına_cavab_vermirsə,_“İmtina”'>“Qəbul”
, əgər müəyyən texniki düzəlişlərə ehtiyac
varsa
“Düzəliş”
, keyfiyyət və mövzu olaraq konfransın standartlarına cavab vermirsə,
“İmtina”
cavabı gələcəkdir. Qəbul olunan tezislərə elan olunmuş tarixə qədər
“Qəbul
məktubu”
göndəriləcəkdir.
“Düzəliş”
statusu alan tezislərin müəllifləri müvafiq
düzəlişlərdən sonra yeni faylı yükləyərək təkrar müraciət etməlidirlər.
Qeyd etmək lazımdır
ki, müraciət edənlərə düzəliş üçün yalnız bir dəfə şans veriləcəkdir.
Yazı qaydalarına
və konfransın tələblərinə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
▪ Saytdan qeydiyyatdan keçərkən qeyd olunan məlumatlar ilə tezisdəki şəxsi məlumatlar
uyğunluq təşkil etməlidir.
▪ Eyni zamanda hansı dildə göndərilməsindən asılı olmayaraq tezislər dil qaydalarına uyğun
və tam anlaşılan səviyyədə olmalıdır.
▪ Tezisin giriş hissəsi onun mühüm hissəsidir. Bu hissədə müəlliflər tezisin mövzusunun
aktuallığını və onun elmi baxımdan əhəmiyyətini izah edirlər. Tədqiqatın əsas məqsədi,
tədqiqatın vəzifəsi, metodologiyası, məhdudiyyətləri və tədqiqat ilə bağlı əsas istinad
olunan mənbələr haqqında məlumat da giriş hissəsində yer alır.
▪ Tezisin girişdən sonrakı hissəsi əsas və alt başlıqlara bölünərək mövzu haqqında ətraflı
nəzəri məlumatlar və ədəbiyyat araşdırmasını özündə ehtiva edir. Tezisdə sonda nəticə
hissəsi olmalı və bu hissədə müəllif(lər) tədqiqatın yeni nəticələrini ortaya qoymalı, bu


mövzuda daha əvvəl aparılmış tədqiqatlarla uyğunluğunu qeyd etməli və gələcəkdə bu
mövzuda aparılacaq tədqiqatlar üçün yol göstərməlidirlər.
▪ Konfransa empirik tədqiqat metodlarına əsaslanan araşdırmaların nəticələrini aydın bir
şəkildə ifadə edən, dünya və ölkə təhsili üçün önəmli olan mövzularda tezislər
göndərilməlidir.

Yüklə 30,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin