Doktorantlarin və GƏnc təDQİqatçilarin XXV respublika elmi konfransi


Konfransın təşkilat və elm komitəsi tərəfindən yüksək keyfiyyətli



Yüklə 30,03 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix22.12.2023
ölçüsü30,03 Kb.
#190132
növüQaydalar
1   2   3   4
Qaydalar.docx

Konfransın təşkilat və elm komitəsi tərəfindən yüksək keyfiyyətli
hesab edilən tezisin mövzusunun məqalə variantının beynəlxalq elmi jurnallarda
nəşrinə imkan yaradılacaqdır.
▪ Göndəriləcək tezislər .doc, .docx sonluqlu MS Office Word fayl formatında hazırlanacaq,
səhifə ölçüləri isə sol kənar – 2.5 cm, sağ kənar 1.5 cm, alt və üst – 2.0 cm şəklində
olmalıdır.
▪ Təqdim olunacaq tezisin mətni maksimum 3 səhifə olmalıdır.
▪ Konfransa təqdim olunacaq tezisin başlığı Times New Roman 14 şrifti ilə, sözlərin yalnız ilk
hərfləri böyük olmaqla, Bold, Center formatında yazılır.
▪ Mətnin əvvəlində tezisin mövzusu, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və
atasının adı, ORCİD nömrəsi, onun altında isə doktorantın təmsil etdiyi müəssisənin adı
yazılır.
▪ Hər bir tezisin yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış tezislərə ingilis
və rus dillərində, ingilis dilində yazılmış tezislərə isə Azərbaycan və rus dillərində) xülasəsi
və açar sözləri (hər üç dildə) olmalıdır. Xülasələr minimum 150, maksimum 200 söz
olmaqla Times New Roman 10 şrift, sətir aralığı 1.15, justified formatında yazılır.
▪ İqtisadiyyat sahəsi ilə əlaqəli olan tezisdə eyni zamanda tədqiqatın aid olduğu sahələrə
uyğun JEL kodları yer almalıdır. JEL kodları haqqında ətraflı məlumat üçün bu linkə
http://www.aeaweb.org/jel/jel_class_system.php
müraciət edilə bilər.
▪ Tezisdə minimum 3, maksimum 5 sözdən ibarət açar sözləri yer almalı və xülasədən sonra
da qeyd olunmalıdır.
▪ Tezisin əsas mətn hissəsi Times New Roman 12 şrift, iki yana yaslanmış (Justified) 3- sətir
aralığı - 1.15, paraqraf aralığı öncə və sonra 6 pt, hər başlıqdan sonra bir sətr boşluq
buraxılacaq şəkildə yazılmalıdır.
▪ Tezisin əsas başlıqları Times New Roman 12 şrifti ilə sözlərin baş hərfləri böyük, Bold, sola
yaslanmış (Align Left), alt başlıqları isə Times New Roman 12 şrifti ilə yalnız başlığın ilk
hərfi böyük, Bold, sola yaslanmış (Align Left) şəklində yazılmalıdır.
▪ Cədvəl, şəkil və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1,0 aralıqlı sətirlə, Times
New Roman 10 şrifti ilə, başlıqları isə yalnızca ilk hərfi böyük olmaqla 10 şriftlə sola
yaslanmış (align left) bold yazılmalıdır.


▪ Tezisdə istinadlar APA stilinə uyğun olaraq qeyd olunur. Yəni istinad cümlənin sonunda
mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi göstərilir. İstinaddan sonra
nöqtə qoyulur. Tezisdə minimum 15 istinad göstərilməli və minimum 10 ədəbiyyatdan
istifadə olunmalıdır.

Yüklə 30,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin