Qrafik 21.10. İqtisadi renta
T
əkmil rəqabətli bazarlarda bütün fəhlələrə W* dərəcəsi ilə eyni
m
əbləğdə əmək haqqı ödəyirlər. Məhz bu stavka axırıncı və ya “son” fəhləni
tutmaq üçün z
əruridir. Bütün “sonuncuyaqədər” işçilər isə renta alırlar. Əmək
haqqına çəkilən ümumi xərclər OW*AL*-in sahəsinə bərabərdir. Ona görə də
işçilər tərəfindən alınan iqtisadi renta BW *A-nın sahəsi kimi hesablanır. Fəhlə
üçün iqtisadi renta iş qüvvəsi satıcısının əlavəsinə oxşayır. İstehsalçının
əlavəsinə (2 - ci bölmə) analoji olaraq onu bəzən “amil əlavəsi” adlandırırlar.
Qeyd ed
ək ki, istehsal amilunun təklif əyrisi mütləq elaktik olarsa,
iqtisadi renta sıfra bərabər olar. Renta təklifin bu və ya digər dərəcədə qeyri-
elastik olduğu təqdirdə meydana gəlir. Təklif tamamilə qeyri-elastik olarsa
istehsal amilunun bütün öd
əmələri xalis iqtisadi renta olar. Çünki, hansı
qiym
ətin ödənilməsindən asılı olmayaraq amilun təklifi dəyişməz qalır.
M
əsələn, torpağın təklifi tamamilə qeyri - elastikdir.
Dostları ilə paylaş: