402-ci və
223-cü, 1942-ci ildə isə
416-cı və
271-ci diviziyalar təşkil edilmişdi. Bu hərbi
birləşmələrin içərisində yalnız
416-cı Taqanroq diviziyası tamamilə
azərbaycanlılardan ibarət idi. Krımda gedən qanlı döyüşlərdə şəxsi heyətinin
böyük hissəsini itirmiş
77-ci Azərbaycan diviziyası 1942-ci ildə respublikada
yenidən təşkil olunmuşdu. Almaniyanın hərbi planlarında xüsusi yer tutan Bakı
şəhərinin müdafiəsi üçün şəxsi heyəti 172 min nəfərdən
çox olan 3 xalq qoşunu,
cəsus və təxribatçılara qarşı mübarizə aparmaq üçün isə 12 min nəfərdən çox
döyüşçüsü olan Qırıcı alay yaradılmışdı. Bu alay savaş dövründə 32 min alman
əsgərini məhv etmişdi.
Azərbaycanın bütün
iqtisadiyyatı, elmi və mədəniyyət sahələri arxa cəbhə elan olunaraq müharibədə qələbənin qazanılması vəzifəsinə tabe
edilmişdi. 1941-ci il iyunun 26-dan bütün sənaye müəssisələrində məzuniyyətlər
ləğv edilmiş, iş günü 11 saata qaldırılmış, işdən özbaşına çıxıb getməyə görə 5 -
8 il həbs cəzası müəyyən olunmuşdu. 1941-ci ildə
ərzaq, 1942-ci ildə isə
sənaye mallarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya cəlb olunan
kişi işçilərin yeri isə qadınlar və yeniyetmələrin işə götürülməsi yolu ilə
doldurulurdu. Azərbaycan SSR-də bütün həyat "Hər şey cəbhə üçün, hər şey
qələbə üçün!" şüarının tələbinə uyğunlaşdırılmışdı.
SSRİ-nin Hitler Almaniyası ilə savaşda qələbə qazanmasının əsas səbəblərindən biri və ən
mühümü heç şübhəsiz Bakı nefti olmuşdur. Gündə 18-20 saat çalışan
Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində 1941-ci ildə Sovetlər
dövründə Bakının tarixində rekord miqdarda - 23,5 milyon ton neft çıxarılmışdı.
Ümumiyyətlə, 1941 - 1945-ci illər arasında