bağlı uzun - uzadı danışıqlar aparmışdı. Danışıqların bir nəticə vermədiyini
görən M.Ə.Rəsulzadə 1943-cü ilin avqustunda Almaniyanı tərk etmişdi.
Ə.Fətəlibəyli isə fəaliyyətini davam etdirərək 1943-cü ilin payızında Berlində
Mühacir Azərbaycan Parlamenti və Azərbaycan Hökuməti yaradılmasına nail
olmuşdu. Almaniyanın rəsmən tanıdığı "Mühacir Azərbaycan Hökuməti"
1944-
cü ilin qışınadək fəaliyyət göstərmişdi.
1943-
cü ildə Milli hərbi hissələrin birləşdirilməsi yolu ilə yaradılaraq
Türk diviziyasının tərkibinə daxil edilən Azərbaycan Milli Legionu Fransanın
cənubunda almanlarla birlikdə müttəfiqlərə qarşı döyüşlərdə iştirak etmişdi.
Ancaq 1945-ci ildə müharibədə almanların məğlubiyyətə uğraması nəticəsində
Azərbaycan Milli Legionu dağılmışdı. Ə.Fətəlibəyli isə bolşevizmə qarşı
mübarizə məqsədilə ABŞ-m yaratdığı “Azadlıq” radiosunun Azərbaycan
redaksiyasının başçısı kimi fəaliyyətə başlamış, Vətənini və Azərbaycanın
istiqlalını canından artıq sevən bu parlaq şəxsiyyət 1954-cü ildə sovet cəsusu
tərəfindən xaincəsinə öldürülmüşdü.
1945-ci il mayın 8-də Hitler Almaniyasının Berlində qeyd - şərtsiz
təslim aktını imzalaması ilə Avropada müharibə başa çatdı və 1945-ci il may
ayının 9-u tarixə Qələbə bayramı kimi daxil oldu.
SSRİ və ABŞ-m iştirakı ilə Yaponiyaya qarşı hərbi əməliyyatlar uğurla
nəticələndi. 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə İkinci
dünya müharibəsi başa çatdı. İkinci dünya müharibəsi bəşəriyyətə böyük
fəlakətlər gətirdi. Müharibədə iştirak edən ölkələrdə çox böyük sayda - 60
milyon nəfərə yaxın insan həlak olmuşdu ki, bunun da 27 milyon nəfərdən çoxu
Sovet İttifaqının payına düşür. Azərbaycandan cəbhəyə getmiş 700 min nəfərə
yaxın döyüşçüdən 400 min nəfəri həlak olmuşdu. Geri qayıdanların isə yarıya
qədəri ya şikəst, ya da əlil idi. Azərbaycandan 121 nəfər döyüşçü müharibədə
göstərdiyi hərbi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü
ki, bunun da 43 nəfəri azərbaycanlı idi. 30 nəfər azərbaycanlı “Şöhrət”
ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden
və medallarla təltif olunmuşdu. Bütün bunlar belə nəticəyə gəlməyə imkan verir
ki, Azərbaycan xalqı dünya xalqlarını əsarət altına almağa çalışan faşist
Almaniyası üzərində tarixi qələbə qazanılmasında çox böyük rol oynamışdır.
Azərbaycan SSR-in bu müharibədə insan itkisi dünyanın ən nəhəng
dövlətlərindən biri olan ABŞ-m itkisindən (cəmi 300 min nəfər) də çox idi.
Dostları ilə paylaş: