Stalin tərəfindən Sovet Azərbaycanının rəhbəri
M.C.Bağırov
başda olmaqla
bütün partiya, dövlət işçiləri, ziyalılar və hərbi qulluqçular üzərinə
Cənubi
Azərbaycanda milli, mədəni və siyasi dirçəlişə hər cür yardım göstərmək
kimi fövqəladə bir missiya
qoyulmuşdu. Fars şovinizmi və milli zülm altında
əzilən Cənubi Azərbaycanın milli və demokratik qüvvələrinin Moskvanın hansı
məqsədi güdməsindən asılı olmayaraq yaranmış əlverişli şəraitdən və yeni
imkanlardan
fars əsarətindən qurtulmaq üçün istifadə etməyə çalışması
təbii
qarşılanmalıdır.
1945-
ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın bir
sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənən
ikinci mərhələsi
başlandı.
Tehranda cəmləşmiş mürtəce qüvvələr demokratik hərəkatı boğmaq üçün
Cənubi Azərbaycanda milli hərəkatın barışmaz düşməni olan qüvvələrlə əlbir
hərəkət edirdilər. Onlar silahlı dəstələr yaradaraq dinc əhaliyə qarşı kütləvi terror
həyata keçirirdilər. Cənubi Azərbaycanın demokratik qüvvələri əhalini müdafiə
ermək üçün
1945-ci ilin iyul - sentyabr aylarında silahlı fədai dəstələri
yaratmağa başladılar. Belə mürəkkəb şəraitdə hərəkata rəhbərlik etmək üçün
1945-ci il sentyabrın 3-də Azərbaycanın tanınmış demokratlarından bir qrupu
tərəfindən başda
Seyid Cəfər Pişəvəri
olmaqla
Azərbaycan Demokrat
Partiyası
(ADP) yaradıldı. Milli zəmin üzərində qurulan Azərbaycan Demokrat
Partiyasının Bəyanatında onun əsas məqsədinin
İran dövlətinin tərkibində
Azərbaycana inzibati, təsərrüfat və mədəni muxtariyyət verilməsi,
bütün
İranın siyasi həyatının demokratikləşdirilməsi və geniş xalq kütlələrinin
mənafeyi naminə
Dostları ilə paylaş: