Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  Stalin tərəfindən Sovet Azərbaycanının rəhbəri  M.C.Bağırov



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə218/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   214   215   216   217   218   219   220   221   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

319 


Stalin tərəfindən Sovet Azərbaycanının rəhbəri 
M.C.Bağırov 
başda olmaqla 
bütün partiya, dövlət işçiləri, ziyalılar və hərbi qulluqçular üzərinə 
Cənubi 
Azərbaycanda milli, mədəni və siyasi dirçəlişə hər cür yardım göstərmək 
kimi fövqəladə bir missiya 
qoyulmuşdu. Fars şovinizmi və milli zülm altında 
əzilən Cənubi Azərbaycanın milli və demokratik qüvvələrinin Moskvanın hansı 
məqsədi güdməsindən asılı olmayaraq yaranmış əlverişli şəraitdən və yeni 
imkanlardan 
fars əsarətindən qurtulmaq üçün istifadə etməyə çalışması 
təbii 
qarşılanmalıdır. 
1945-
ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın bir 
sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənən 
ikinci mərhələsi 
başlandı. 
Tehranda cəmləşmiş mürtəce qüvvələr demokratik hərəkatı boğmaq üçün 
Cənubi Azərbaycanda milli hərəkatın barışmaz düşməni olan qüvvələrlə əlbir 
hərəkət edirdilər. Onlar silahlı dəstələr yaradaraq dinc əhaliyə qarşı kütləvi terror 
həyata keçirirdilər. Cənubi Azərbaycanın demokratik qüvvələri əhalini müdafiə 
ermək üçün 
1945-ci ilin iyul - sentyabr aylarında silahlı fədai dəstələri 
yaratmağa başladılar. Belə mürəkkəb şəraitdə hərəkata rəhbərlik etmək üçün 
1945-ci il sentyabrın 3-də Azərbaycanın tanınmış demokratlarından bir qrupu 
tərəfindən başda 
Seyid Cəfər Pişəvəri 
olmaqla 
Azərbaycan Demokrat 
Partiyası 
(ADP) yaradıldı. Milli zəmin üzərində qurulan Azərbaycan Demokrat 
Partiyasının Bəyanatında onun əsas məqsədinin 
İran dövlətinin tərkibində 
Azərbaycana inzibati, təsərrüfat və mədəni muxtariyyət verilməsi
bütün 
İranın siyasi həyatının demokratikləşdirilməsi və geniş xalq kütlələrinin 
mənafeyi naminə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin