mürtəce İran rejiminin qəsd və müdaxiləsindən müdafiə olunması və təhlükəsiz
fəaliyyət göstərməsinin təminatçısı isə yeni yaradılmış Milli Ordu hissələri və
bölgədəki Sovet qoşunları idi.
Milli Hökumətin nəzarətindən kənarda qalan yeganə yaşayış
məntəqəsi
Rizaiyyə (Urmiya) şəhəri idi. Hökumət fədailərdən ibarət seçmə hərbi dəstələr
göndərərək 1945-ci il dekabrın 19-da buradakı İran briqadasını tərk - silah
etmişdi. Nəticədə Cənubi Azərbaycanda Milli Hökumətin nəzarətindən kənarda
heç bir yaşayış məntəqəsi qalmamışdı.
1945-
ci il dekabrın 21-də Azərbaycan Milli Məclisinin sesiyası "Xalq
qoşunu haqqında" qanun qəbul etdi. Bu qanuna görə 20 . yaşına çatmış
vətəndaşlar il yarım müddətinə xalq qoşununda hərbi xidmətə çağrılmalı idilər.
Qanun Azərbaycan hökumətinə İramn daxilindən və hətta xaricdən silah almaq
səlahiyyəti vermişdi. Xalq Qoşunu Nazirliyinə Məclisin təsdiq etdiyi büdcəyə
uyğun olaraq ordunun zəruri silah - sursatla
təmin edilməsi və döyüş
qabiliyyətinin müasir səviyyəyə qaldırılması qəti şəkildə tapşınlmışdı. Milli
Hökumət Vətənin azadlığı uğrunda canını qurban
vermiş və ya yaralanaraq
əmək qabiliyyətini itirmiş döyüşçülərin ailələrinin təmin olunmasını öz üzərinə
götürmüşdü. 3 ay müddətinə hərbi - səhra məhkəmələrinin yaradılması,
amnistiya və vergilər haqqında qanunlar da qəbul edilmişdi.
Milli Hökumətin maarif naziri Məhəmməd Biriya 1945-ci il dekabnn
23-də Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin Azərbaycan dilində
aparılması, I - IV siniflərdə tədris edilən bütün dərsliklərin Azərbaycanda nəşr
olunması haqqında 1 saylı tarixi əmrini imzaladı.
1946-
cı il yanvar ayının 6-sı Cənubi Azərbaycan Milli hərəkatının ən
əlamətdar tarixi günlərindən biri oldu. Həmin gün Milli Hökumət Azərbaycan
dilinin rəsmən
dövlət dili elan edilməsi, bütün dövlət,
hökumət idarələrində,
orduda, müəssisə və təşkilatlarda, məktəb və mədəni maarif müəssisələrində bu
dilin icbari şəkildə işlədilməsi haqqında on bənddən ibarət tarixi qərarını qəbul
etdi. Elə həmin gün baş nazir Pişəvəri Təbrizdə Azərbaycan Dövlət
Universitetinin açılması haqqında çox böyük əhəmiyyət daşıyan qərarını da
imzaladı. Ciddi hazırlıq işləri aparıldıqdan sonra 1946-cı il iyun ayının 12-də
Təbrizdə Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. Universitetin açılması
Milli Hökumətin xalqımız qarşısında çox böyük tarixi xidməti idi.
1946-cı il yanvarın 29-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq məktəbi
fəaliyyət göstərməyə başladı.
Milli Hökumət 1946-cı il yanvarın 6-da 3 yaşından 14 yaşınadək olan
sahibsiz uşaqların Təbrizdə və digər şəhərlərdə açılacaq
tərbiyə evlərinə cəlb
edilməsi haqqında qərar qəbul etdi. Məclis yanvar ayında Rza şah Pəhləvinin
heykəlinin Təbrizin Gülüstan bağından götürülərək yerində Səttarxanm
heykəlinin, Ərk qalasının yanında isə Bağırxanın heykəlinin ucaldılması,
Məhəmməd Rza şahın şəkillərinin
isə bütün Cənubi Azər-
322
bay candan yığışdırılması haqqında qərarlar qəbul etdi.
Milli Hökumət qarşısında duran
Dostları ilə paylaş: