Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə223/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   219   220   221   222   223   224   225   226   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

hökumət telefon rabitəsi 
işə düşmüşdü. Azərbaycan SSR-in rəhbəri 
M.C.Bağırovun qətiyyətli addımları və Şimali Azərbaycandan göndərilən 
mütəxəssislərin yaxından köməkliyi ilə bir ay yarım ərzində Təbrizdə güclü 
ötürücü qurğularla təmin olunan radio verilişləri stansiyasının və studiyasının 
tikintisi başa çatdmldı. 1946-cı il aprel ayının 7-də 
Təbriz radiostansiyasının 
ilk verilişi efirə çıxdı.
1946-cı il mayın 12-də Milli Məclis tərəfindən verilmiş 
"Əmək 
haqqında qanun"
a görə Cənubi Azərbaycanda 
8 saatlıq iş günü 
tətbiq edildi, 
fəhlələrə həmkarlar təşkilatlan vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarət 
etmək hüququ verildi. 
Milli Hökumət 
ordu quruculuğuna 
xüsusi əhəmiyyət verirdi. 1946- cı 
ilin fevral ayının əvvəllərindən Milli Ordu hissələrinin yaradılması prosesi 
rəsmən başladı. 
Azərbaycanın Milli Ordusunun qurulmasında 
və silah - 
sursatla təmin edilməsində Sovet Azərbaycanının böyük rolu oldu. M.C.Ba- 
ğırovun təşəbbüsü ilə Cənubi Azərbaycana 
104 azərbaycanlı zabit 
göndərilmişdi. Onların içərisində Sovet İttifaqı qəhrəmanlan: 
kapitan 
Səlahəddin Kazımov 
və 
mayor Xıdır Mustafayev, 
habelə general 
Tərlan Əli-
323 


yarbəyov kimi tanınmış hərbçilər də var idi. Həmin zabitlər Milli Ordunun 
qurulması ilə yanaşı, mürtəce qüvvələrə qarşı hərbi əməliyyatlarda da iştirak 
etmişdilər. Sovet Azərbaycanından göndərilən zabitlərin köməyi ilə Cənubi 
Azərbaycanda qısa müddətdə 17 min nəfərdən ibarət nizami Milli Ordu hissələri 
yaradılmışdı. Zabit kadrları hazırlamaq üçün Hərbi məktəb açılmış və bir qrup 
gənc hərbi təhsil almaq üçün Sovet Azərbaycanına göndərilmişdi. 
Milli Hökumətin başçısı S.C.Pişəvəri yaxın gələcəkdə tam müstəqil 
dövlətə çevirmək istədiyi Cənubi Azərbaycanın Konstitusiyasını qəbul etməyə 
tələsməsə də, Milli dövlətin gerbi haqqında düşünməyə başlamışdı. S.C.Pişəvəri 
Dövlət gerbini belə təsvir edirdi: od, yaxud məşəl, açıq kitab və mavi fonda iki 
çarpaz qılınc. Bu vətənpərvər dövlət xadimi milli hökumətin pul nişanı kimi 
manatın dövriyyəyə buraxılması məsələsini də qaldırmışdı. Ancaq onun bu 
arzulan gerçəkliyə çevrilmədi. 
1946-cı ilin fevralında İramn baş naziri təyin edilən və Azərbaycan 
türklərinə dərin nifrəti ilə tanınan mürtəce ruhlu Qəvam əs - Səltənə Sovet 
qoşunlannm İrandan çıxarılması məsələsinin BMT-nin Təhlükəsizlik Şurasında 
müzakirə edilməsinə nail oldu. SSRİ-dən qətiyyətlə öz qoşunlarım İrandan 
çıxmağı tələb edən, Azərbaycan məsələsində ABŞ və Böyük Britaniyadan 
hərtərəfli şəkildə yardım alan baş nazir Qəvam 1946-cı ilin fevralında Moskvada 
Stalinlə danışıqlar apararaq istəyinə nail oldu. İki dövlət arasında Sovet 
qoşunlarının çıxanlması əvəzində SSRİ-yə İranın şimalında neftin axtarışı və 
çıxarılması haqqında konsessiya verilməsi haqqında müqavilə bağlandı. ABŞ 
prezidenti Trumenin müttəfiqlərin İrana geri qayıdacağı, bölgəyə və İran 
körfəzinə ABŞ hərbi qüvvələrinin yeridiləcəyi ilə bağlı hədə - qorxu dolu 
təhdidləri qarşısında SSRİ-nin dövlət başçısı İ.Stalin sovet qoşunlannm İrandan 
çıxarılması haqqında göstəriş verməyə məcbur oldu. Stalinin bu addımına nə 
S.C.Pişəvərinin, nə də Sovet Azərbaycanının rəhbəri M.C.Bağırovun qəti 
etirazları diqqətə alınmadı. Nəticədə 1946-cı il mayın 8- də İrandan və Cənubi 
Azərbaycandan sovet qoşunlarının çıxarılması prosesi başa çatdı. 
Sovet dövlətinin təziqi altında Cənubi Azərbaycanın Milli Hökuməti 
İranın mərkəzi hökuməti ilə danışıqlara başlamağa məcbur oldu və 1946-cı il 
iyunun 13-də tərəflər arasında on beş maddədən ibarət saziş bağlandı. Bu sazişlə 
Milli Hökumət Tehran hökumətinə böyük güzəştə gedərək bundan sonra 
Azərbaycan Əyalət Əncüməni adlandınimasına razılıq verdi, (maddə 3) 
Azərbaycanın gəlirlərinin 75%-i öz yerli ehtiyaclarına sərf olunmalı, 25%-i isə 
ümumdövlət ehtiyacları üçün mərkəzə - Tehran hökumətinə verilməli idi. 
(maddə 5) Könüllü fədai dəstələri jandarm dəstələrinə çevrilməli idi. (maddə 7) 
Kəndlilər arasında bölüşdürülmüş torpaqlar onların ixtiyarında saxlanılırdı, 
(maddə 8) İranın 3-cü və 4-cü ostanları (vilayətləri) Azərbaycan əyalətinə daxil 
edilirdi, (maddə 10) Tehran hökuməti bütün əhalisi azərbaycanlılardan ibarət 
olan Zəncanın Azərbaycan əyalətinə daxil edilməsinə qətiyyən razılıq vermədi. 
Orta və ali məktəblərdə dərslər fars və Azərbaycan dillərində 
324 


apanlmalı (maddə 12), ibtidai məktəblərin 5-ci sinfinədək dərslər 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin