Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Bir neçə günün ərzində güllələnən



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə225/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   221   222   223   224   225   226   227   228   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Bir neçə günün ərzində güllələnən 
demokratların sayı üç min nəfəri keçmişdi. 
Həbsxanada ağlasığmaz cəzalara 
məruz qalan demokratlar özləri tələb edirdilər ki, onları dərhal güllələsinlər. 
Azərbaycan Əyalət Əncüməninin sədri Şəbüstəri, baş vali Cavidi, Azərbaycan 
prokuroru Firudin İbrahimi həbs edilmişdi. Milli ordunun generalı Kəbirinin 
edam kürsüsündə özünü necə məğrur aparması prosesdə iştirak edən İramn baş 
nazirinin müavini Pimiyanı belə heyrətə salmışdı. 
Azərbaycanın qəhrəman 
oğulları edam kötüyü qarşısında ölümü Milli Himni oxumaqla 
qarşılayırdılar.
Azərbaycan Milli Hökumətinin ana dilində buraxdığı bütün dərsliklər 
fars vandalları tərəfindən tonqallara tökülüb yandırıldı. Məktəblərdə 
Azərbaycan dilində 
tədris qadağan edildi. 
Azərbaycan Universiteti, Milli 
Teatr, Filarmoniya 
və muzeylər bağlandı. Azərbaycan dilində mətbuata 
qadağa qoyuldu. Milli hökumət tərəfindən Səttarxana, Bağırxana və 
Ş.M.Xiyabaniyə ucaldılmış abidələr yerlə - yeksan edildi. İran hakimiyyət 
orqanlarımn cəza və terror əməliyyatları nəticəsində minlərlə azadlıq mücahidi 
həbs edildi və qətlə yetirildi. 8 min soydaşımız İranın cənub bölgələrinə sürgünə 
göndərildi və onlar orada aclıq və susuzluqdan məhv oldular. 
325 


Mir Cəfər Bağırovun təkidli tələblərindən sonra SSRİ-nin rəhbəri 
LStalin dekabrın 12-də Sovet - İran sərhədində toplaşmış demokratlara və 
onların ailələrinə sərhədləri keçərək Sovet Azərbaycanına gəlməyə icazə verdi. 
1946-cı il dekabrın 12-dən 19-a qədər 5784 nəfər demokrat Sovet 
Azərbaycamna keçə bildi. 
Milli azadlıq hərəkatının lideri S.C.Pişəvəri də sovetlərə mühacirət 
edənlərin arasında idi. Hərəkat kimi onun da taleyi faciə ilə bitdi. S.C.Pişəvəri 
1947-ci ildə Sovet Azərbaycanında çox müəmmalı şəkildə avtomobil qəzası 
nəticəsində əbədiyyətə qovuşdu. 
Beləliklə, Cənubi Azərbaycanda 1941 - 1946-cı illər milli azadlıq 
hərəkatı məğlubiyyətə uğradı. Hərəkatın məğlub olmasının əsas səbəbləri daha 
çox xarici amillərlə bağlı idi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik 
Şurası "Cənubi Azərbaycan məsələsi"nin həlli zamanı özünün təməl 
prinsiplərinə zidd olan mövqedən çıxış etdi. Bu nüfuzlu beynəlxalq təşkilat fars 
əsarətindən qurtulmağa çalışan mübariz xalqın milli haqlarını müdafiə etmək 
əvəzinə, şovinist Tehran hökumətinin xeyrinə qərarlar qəbul etdi. Dünyanın 
böyük dövlətləri olan ABŞ və Böyük Britaniya axıradək İranı müdafiə etdilər. 
ABŞ və Böyük Britaniyanın təzyiqləri qarşısında geri çəkilən Sovet İttifaqı isə 
Cənubi Azərbaycanı özünün neft maraqlanna qurban verdi. 
1978 - 1979-cu illərdə baş vermiş və şah rejiminin devrilməsi ilə 
nəticələnən İran inqilabının qələbə qazanması üçün 25 min şəhid vermiş Cənubi 
Azərbaycan türklərinin hal-hazırda İran İslam Respublikasında heç bir milli 
hüquq və azadlıqları təmin olunmamışdır. 
XIII FƏSİL. MÜHARİBƏDƏN SONRA AZƏRBAYCANIN 
SOSİAL -İQTİSADİ VƏZİYYƏTİ VƏ MƏDƏNİ HƏYATI 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin