1945 - 1960-CI illərdə Azərbaycan SSR-nin iqtisadi və sosial inkişafı Azərbaycan müharibə dövründə hərbi əməliyyatlar meydanına
çevrilməsə də, ölkəyə böyük ziyan dəymiş, respublikanın əhalisi 500 min nəfər
azalımş, ölkə milli sərvətlərinin 1/3 hissəsindən məhrum olmuş, neft hasilatı və
kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə azalmışdı.
Müharibədən sonrakı
dinc quruculuq və
bərpa dövründə həyata
keçirilən tədbirlər nəticəsində 1948-ci ildə sənayedə məhsul istehsalı
müharibədən əvvəlki səviyyəyə çatmışdı. SSRİ rəhbərliyi Azərbaycanda yenə
əsas diqqəti ciddi ehtiyac duyduğu
neft hasilatına yönəltmişdi. 1948-ci ildə
hətta açıq dənizdə neft estakadası -
Neft Daşları qurulmuş və
1949-cu ildə dünyada ilk dəfə Azərbaycanda dənizdə neft çıxarılmasına başlanılmışdı. Müharibədən sonrakı ilk 5 ildə 10 yeni neft emalı müəssisəsi tikilmişdi. 1953-cü
ildə yeni bir sənaye nəhəngi
Bakı Yeni Neftayırma zavodu işə düşmüşdü.
1955-ci ildə Azərbaycanda dərinliyi 5 min metrə çatan neft quyusu qazılmışdı.
Bu, SSRİ-də ən dərin quyu idi. Ural və Sibirdə zəngin neft yataqlarının kəşf
edilməsi ilə bağlı mərkəzin getdikcə daha çox xərc tələb edən Azərbaycan
neftinə marağı xeyli azalmışdı. 1965-ci ildə Azərbaycanda neft hasilatı 21,5
milyon tona çatdırılsa da, mərkəzin bu sahəyə az vəsait ayırmasının nəticəsində
hasilat azalaraq 1970-ci ildə 17 milyon tona düşmüşdü.
Azərbaycanda
neftayırma sənayesi bu dövrdə xeyli inkişaf etmişdi və
emal müəssisələri
80 adda məhsul istehsal edirdi. Qaz hasilatmın ildən - ilə
çoxalması nəzərə alınaraq 1961-ci ildə
Azərbaycan Qaz Emalı zavodu istifadəyə verilmişdi. Azərbaycanın maşınqayırma sənayesi öz qiymətli
məhsulları ilə nəinki respublikanı təmin edir, hətta istehsal olunan məhsulun çox
hissəsi SSRİ-nin digər bölgələrinə göndərilirdi. 1966 - 1968-ci illərdə