Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti tərəfindən Ermənistan



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə232/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   228   229   230   231   232   233   234   235   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti tərəfindən Ermənistan 
SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan 
SSR-nin *'Kür - Araz ovalığına köçürülməsi haqqında" 
4083 saylı qərar 
qəbul edildi. 
SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli daha bir 
qərarı 
ilə köçürmə tədbirlərinin konkret planı hazırlandı. Bu plana görə 
1948-1950-ci illərdə 100 min azərbaycanlı Ermənistandan "könüllülük 
əsasında" Azərbaycana köçürülməli və onların boşaldılmış yaşayış evlərində 
xaricdən gələn ermənilər yerləşdirilməli idi. 1948-ci ildə, deportasiya 
başlayanda Ermənistan SSR-də 500 min nəfərə yaxın azərbaycanlı yaşayırdı. 
Ermənilər etnik təmizləməni ilk növbədə azərbaycanlıların yığceım şəkildə 
yaşadıqlan bölgələrdə daha sürətlə aparmağa çalışırdılar. 1956-cı ilədək davam 
edən etnik təmizləmə dövründə 
100 min nəfərdən çox azərbaycanlı 
Ermənistandakı dədə - baba torpaqlanndan zorla qovulmuşdu. Onlardan hər 3 
nəfərdən biri Aran bölgəsinin isti iqlim şəraitinə uyğunlaşa bilməmiş, aclıq və 
xəstəlikdən həlak olmuşdu. Köçürülənlərin bir hissəsi Ermənistana qayıtsa da, 
artıq bu ölkədə onların heç bir vətəndaş hüququ təmin olunmur və öz dədə - baba 
torpağında ikinci növ sakinə çevrilirdilər. 
1950 - 1960-cı illərdə 
Ermənistanda azərbaycanlılara aid olan 
mədəniyyət abidələri də məhv edilir, yer adları erməniləşdirilirdi. 
Bizə 
məxsus yer adlarının dəyişdirilməsində digər qonşumuz gürcülər də 
ermənilərdən geri qalmırdılar. Azərbaycanda milli - mənəvi oyanış 
əlamətlərindən bərk qorxuya düşən və hər vasitə ilə bunun qarşısını almağa 
çalışan Moskva hökumətinin gözü qarşısında Ermənistanda daşnak Andronikə 
heykəl qoyulmuş və 
1965-
ci ildə "Osmanlı dövlətində ermənilərin genosidə uğramasının 50 illiyi" 
331 


rəsmi şəkildə qeyd olunmuşdu. 
1960-cı illərdə Ermənistanda "Qarabağ Komitəsi" açıq şəkildə 
antiazərbaycan və antitürk fəaliyyətini davam etdirirdi. 1964-cü ildə A.Miko- 
yanın səyləri ilə SSRİ rəhbərliyi qarşısında yenidən Dağlıq Qarabağ məsələsi 
qaldırılmışdı. SSRİ-nin rəhbəri N.Xruşşov ölkədə çoxlu sayda milli münaqişə 
ocağı yaranacağından ehtiyatlanaraq bu təklifi qətiyyətlə rədd etmişdi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin