olan tələbatını
ödəmək iqtidarında deyildi. İttifaq
hökuməti və digər
respublikalar Azərbaycam heyvandarlıq məhsulları ilə təmin etmək sahəsində
öz öhdəliklərini yerinə yetirmirdilər. 80-ci illərin ortalarında artıq respublikada
ət
və
yağ,
80-ci illərin sonlarında isə
şəkər
əhaliyə talonla verilirdi.
Bir çox
sənaye məhsulları, xüsusilə, geyim, mebel, minik avtomobilləri az tapılan
məhsulların sırasında idi.
1970 - 1980-ci illərdə respublikamızda ümumi sahəsi 38 milyon kvadrat
km. olan yaşayış
evləri tikilsə də, əhalinin mənzil təlabatı tam şəkildə
ödənilmirdi. Nəticədə şəhərin ətrafında minlərlə ailə ”gecəqondu"
adlanan
qanunsuz evlərdə yaşayırdı.
1970 - 1980-ci illərdə respublikamızda minlərlə məktəb, klub,
kitabxana, xəstəxana və s.
tikilmiş, Bakının ətrafında yeni yaşayış massivləri
salınmışdı. 70-ci illərdə Bakıda Dəniz Vağzalı, Respublika Sarayı,
Moskva
mehmanxanası, 80-ci illərdə Gülüstan sarayı. Örtülü idman kompleksi və s.
tikilib istifadəyə verilmişdi. Bakı şəhərinin su ilə təchizatını yaxşılaşdırmaq
üçün 1971-ci ildə Kür su kəməri çəkilmişdi. 80-ci illərin ortalarından SSRİ- də
baş verən siyasi dəyişikliklər və sovet cəmiyyətinin bütün sahələrini bürümüş
böhran Azərbaycana da ciddi təsir göstərmişdi. Respublikada sənaye və kənd
təsərrüfatı məhsullarının istehsalı ildən - ilə azalırdı. 1980-ci illərin ortalarından
Sovet İttifaqında alkoqolizmə qarşı mübarizə kampani- yasımn başlaması
nəticəsində Azərbaycanda 100 min hektardan çox üzümlük məhv edilmişdi.
1970 - 1980-ci illərdə respublikamızın mədəni həyatı
Bu dövrdə Azərbaycanda
orta
və
ali təhsil
xeyli inkişaf etmişdi. 80-ci
illərin sonunda respublikanın ümumtəhsil məktəblərində 1,5 milyon şagird və
17 ali məktəbdə 100 mindən çox tələbə oxuyurdu. 70 - 80-ci illərdə SSRİ-nin
Moskva, Leninqrad, Kiyev və digər şəhərlərinin
ali məktəblərində
respublikamız üçün 6 mindən çox kadr hazırlanmışdı. 1976-cı ildə
Dostları ilə paylaş: