Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində bu məsələ Azərbaycanın
xeyrinə həll olundu. İki ildən az müddətdə yapon mütəxəssislərinin iştirakı ilə
inşa edilən Bakı Məişət Kondisionerləri zavodu 1975-ci ildə məhsul istehsalına
başladı. Bakı kondisionerləri SSRİ-də və xarici ölkələrdə böyük şöhrət
qazanmışdı.
Heydər Əliyevin təşəbbüsü və fransız mütəxəssislərinin iştirakı ilə
tikilib, 1985-ci ildə istifadəyə verilmiş Bakı Dərin Dəniz Özülləri zavodu bu gün
də Azərbaycanın neft sənayesində özünəməxsus yer tutur.
1983-cü ildə Bakı - Qroznı neft kəmərinin istifadəyə verilməsi ilə
respublikamız SSRİ-nin vahid neft kəmərinə qoşuldu və Sibir nefti emal
olunmaq üçün Bakıya axmağa başladı. Bu dövrdə respublikada elektrik enerjisi
istehsalını artırmaq üçün 1971-ci ildə Naxçıvanda Araz Su Elektrik Stansiyası
(SES), 70-ci illərin ortalarında Tərtər Su Elektrik Stansiyası, 1981 - 1984-cü
illərdə Şəmkir SES tikilib istifadəyə verilmişdi.
1976 - 1980-ci illərdə Azərbaycanda 38 yüngül və yeyinti sənaye
müəssisəsi tikilib istifadəyə verilmişdi. Üzümçülüyün respublikanın kənd
təsərrüfatının əsas sahələrindən birinə çevrilməsi nəzərə alınmış və həmin
dövrdə Azərbaycanda 2 milyon ton istehsal gücü olan müasir tipli ilkin şərab
emalı zavodları işə salınmışdı.
Nəqliyyat sahəsində də inkişaf göz qabağındadır. Azərbaycan ərazisinin
şimal-qərb bölgəsini Bakı - Tiflis dəmir yolu xətti ilə birləşdirən və uzunluğu
162 km. olan Yevlax - Balakən dəmiryolu işə salınmışdı. 1970 - 1985-ci illərdə
Bakı metropoliteninin daha 8 stansiyası işə düşmüş, beləliklə, stansiyaların sayı
16-ya çatmışdı. 1985-ci ildə Xəzərdə Azərbaycanı Qazaxıstanla birləşdirən bərə
yolu açılmış və Gəncə şəhərində yeni aeroport istifadəyə verilmişdi.
1969-cu ildən sonra respublikanın rəhbərliyi Azərbaycanda kənd
təsərrüfatımn inkişaf etdirilməsini özünün birinci dərəcəli vəzifəsi hesab edirdi.
Respublikada meliorasiya işləri genişləndirilmiş, Tərtərçay, Xanbulançay və
Arpaçay su anbarlarının tikilməsi 145 min hektardan artıq əkin sahəsinin
suvarılmasna imkan vermişdi. Kənd təsərrüfatı məhsullarının istehsalında yeni
istiqamətlər müəyyənləşdirilmiş, bu zaman əsas diqqət pambıqçılıq və
üzümçülüyün inkişafına yönəldilmişdi. Görülən tədbirlər nəticəsində
respublikamızda pambıq istehsalı ildə 335 min tondan 883 min tona çatdırılaraq
2 dəfədən də çox artmışdı. 1970 - 1980-ci illər arasında Azərbaycanda üzüm
istehsalı 351 min tondan 1 milyon 481 min tona çataraq 4 dəfədən çox artmışdı.
Taxıl, tütün və tərəvəz kimi kənd təsərrüfatı məhsullarının yüksək artımı
şəraitində maldarlıq təsərrüfatı yenə ən zəif sahə olaraq qalırdı. 1970-1980-ci
illərin əvvəllərində Azərbaycan sənaye və kənd təsərrüfatı istehsalının artımına
görə həm İttifaq miqyasında, həm də bütün müttəfiq respublikalardan öndə idi.
Lakin Azərbaycan sənaye və kənd təsərrüfatı sahəsində SSRİ rəhbərliyinin
bütün planlarını artıqlaması ilə yerinə yetirsə də, respublikamız ət, süd, yağ kimi
əsas ərzaq məhsullarına
Dostları ilə paylaş: