Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 45. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə242/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   238   239   240   241   242   243   244   245   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 45. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi 
Azərbaycan yenidənqurmanın ilk illərində 
1980-ci illərin ortalarında SSRİ bir müddət sonra bu nəhəng dövlətin 
dağılması ilə nəticələnən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən ağır 
böhran mərhələsinə daxil oldu. İqtisadiyyatın inzibati - amirlik üsulları ilə idarə 
edilməsi, dövlətin qanunlarla deyil, partiya elitasının iradəsi əsasında idarə 
olunması, külli miqdarda vəsaitin sürətlə silahlanmaya sərf olunması 
nəticəsində xalqın ərzaq və digər məhsullara olan ehtiyacının ödənilməsində 
ciddi problemlərin yaranması, "xoşbəxt gələcək" haqqında cəfəng ideyalann və 
kommunist ideologiyasının iflasa uğraması, ABŞ və Qərbin böyük dövlətlərinin 
antikommunizm cəbhəsində birləşərək sovet dövlətinə qarşı mübarizəni 
gücləndirməsi SSRİ-də yaranan bu böhranın əsas səbəbləri hesab olimur. 
Sovet İttifaqında yaranmış böhranlı vəziyyət bütün ölkədə radikal 
islahatların keçirməsini tələb edirdi. 1985-ci ilin martında Sovet İttifaqı 
Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilmiş Mixail Qorbaçov 
elə həmin il SSRİ-nin iqtisadi və sosial - mədəni inkişafının sürətləndirilməsi, 
bir qədər sonra isə "yenidənqurma" xəttini elan etdi. Lakin "yenidənqurma" 
xəttini həyata keçirərkən partiyanın lideri olan M.S.Qor- baçovun çox zaman 
ziddiyyətli, düşünülməmiş və bir çox hallarda faciə ilə nəticələnən addımları 
SSRİ-ni nəinki böhrandan xilas etdi, əksinə onun dağılmasına gətirib çıxartdı. 
"Yenidənqurma" dövründə respublikamızı 1982-ci ildə SSRİ 
rəhbərliyinin tövsiyəsi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin birinci katibi seçilmiş Kamran Bağırov (1982-1988) idarə edirdi. 
Respublikanın uzun müddət inzibati - amirlik və sərt mərkəzləşdirmə şəraitində 
işləmiş ali partiya və hökumət rəhbərləri Moskvanın "sürətləndirmə", 
"demokratikləşdirmə", "aşkarlıq" kimi çağırışlarına yeni bir formal kampaniya 
kimi yanaşırdılar. Respublika rəhbərləri ətalət və mühafizəkarlıq üzündən 
ümumiyyətlə, müstəqil qərarlar qəbul etmək iqtidarında deyildilər. 
"Yenidənqurma" dövrünün mütərəqqi ideyaları, Azərbaycanda, 
xüsusilə ziyalılar arasında gələcəyə müəyyən ümidlər yaratmışdı. Çünki 
SSRİ-yə daxil olan respublikamızın bütün iqtisadiyyatı tamamilə Moskvanın 
maraqlarına tabe edilmişdi və hər il Azərbaycanın milli gəlirinin 20 - 25 faizi 
(30 milyard manat) Mərkəz tərəfindən mənimsənilirdi. Mərkəzdən - Moskvadan 
planlaşdırma əsasında Azərbaycan hər il Ermənistana 420 milyon manatlıq 
məhsul göndərir və əvəzində Ermənistandan cəmi 117 milyon manatlıq məhsul 
alırdı. 1987-ci ildə bir tonu SSRİ-də 35 manata qiymətlən 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin