Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə241/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   237   238   239   240   241   242   243   244   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

İnşaat 
İnstitutu, 
1981-ci ildə 
Gəncə Texnologiya İnstitutu, 
1972-ci ildə Naxçıvanda, 
1973- cü ildə Xankəndində Pedaqoji İnstitutlar açılmışdı. Bütün təhsil 
pillələrində marksizm - leninizm ideyaları təbliğ olunur, Azərbaycan xalqımn 
tarixinin, mədəniyyətinin və coğrafiyasının öyrədilməsinə kifayət qədər diqqət 
yetirilmirdi. Ali məktəblərə qəbul prosesində çox vaxt obyektivlik 
gözlənilmirdi. 
Azərbaycanda milli hərbi kadrlar yetişdirmək və azərbaycanlı gənclərin 
SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etmək məqsədilə 1971-ci 
ildə 
Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına 
ixtisaslaşdırılmış orta internat məktəbi 
açılmışdı. 
1989-cu ilin statistikasına görə respublikada əhalinin sayı 7 milyonu 
ötmüşdü. Bu əhalinin 1,2 milyon nəfəri (20 faizdən çoxu) qeyri - azərbaycanlı 
idi. Respublikanın təhsil müəssisələrində oxuyan şagird və tələbələrin 3/4-ü 
Azərbaycan dilində təhsil alırdı. Respublikanın bütün həyat sahələrində 
Azərbaycan dilinin işlədilməsinə xüsusi diqqət yetirilməsinə 
339 


başlanmışdı. Buna baxmayaraq rus dilində təhsil alan azərbaycanlıların bir 
hissəsi öz doğma dilində damşa bilmirdi, qeyri -azərbaycanlılann böyük hissəsi 
isə laqeyd münasibət bəslədiyindən, hətta məişət səviyyəsində belə Azərbaycan 
dilini bilmirdi. Respublika daxilində rus dili müxtəlif millətlər arasında əsas 
ünsiyyət vasitəsi idi. 
1970 - 1980-ci illərdə Azərbaycanın fundamental və tətbiqi elm sahələri 
inkişaf etmişdi. Şamaxı rəsədxanası SSRİ-nin ən böyük astronomiya 
mərkəzlərindən biri idi. "Xəzər" elmi mərkəzi kosmik fəzanın öyrənilməsində 
mühüm rol oynayırdı. 1987-ci ildə Bakıda Kosmik Araşdırmalar üzrə Elmi 
Tədqiqat 
Birliyi 
yaradılmışdı. 
Neft 
çıxaniması 
texnologiyasının 
hazırlanmasında akademik Azad Mirzəcanzadənin araşdırmalarının böyük 
əhəmiyyəti olmuşdur. 
Bu dövrdə Bakı SSRl-də "Neft Akademiyası" kimi tanınırdı. 
Azərbaycamn görkəmli alimləri Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əliəşrəf 
Əlizadə və başqalanmn neft, neft - kimya, geologiya sahəsindəki tədqiqatları 
bütün İttifaq miqyasında tanımr və tətbiq olunurdu. Azərbaycan alimi Fərman 
Salmanovun rəhbərliyi altında Qərbi Sibirdə neft və qaz yataqlan kəşf 
olunmuşdu. O, tək bir Tümen vilayətində 20-dən çox neft yatağı aşkar etmişdi. 
Heç də təsadüfi deyil ki, 80-ci illərdə Azərbaycanın 5 alimi SSRİ-nin ən ali - 
Lenin mükafatı laureatı adma, 14 alimi isə Dövlət mükafatına layiq görülmüşdü. 
Fundamental elmi araşdırmalarına görə akademiklərimiz R.H.İsmayılov, 
M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə. Hüseynov, M.Ə.İbra- himov Sosialist 
Əməyi Qəhrəmanı fəxri adını almışdılar. 
İctimai elmlər olan tarix, ədəbiyyat və dilçilik sahəsində müəyyən 
uğurlar qazanılmışdı. 1976 - 1987-ci illərdə 10 cilddən ibarət Azərbaycan Sovet 
Ensiklopediyası nəşr olunmuşdu. Bu dövrün ədəbiyyatında mühüm rol oynamış 
şair və yazıçılardan Anar, Elçin, Yusif və Vaqif Səmədoğlular, İsmayıl Şıxlı, 
Bəxtiyar Vahabzadə, Rəsul Rza, Məmməd Araz və başqalanmn əsərlərində 
Sovet həyat tərzinin eybəcərliklərinə, insanlann hüquqlarının pozulmasına və 
cəmiyyətdə baş verən qanunsuzluq hallarına bu və ya digər formada etirazlar 
səslənirdi. 
Panislamizm və pantürkizmdə günahlandınlaraq Stalin həbs 
düşərgələrinə göndərilən və orada vəfat edən məşhur şair - dramaturqumuz 
Hüseyn Cavidin nəşinin 1982-ci ildə Sibirin İrkutsk vilayətindən Heydər 
Əliyevin təşəbbüsü ilə gətirilərək doğma yurdu Naxçıvanda dəfn edilməsi və 
həmin il Şuşada böyük Azərbaycan şairi Vaqifin məqbərəsinin açılması 
gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol 
oynamışdı. 
Cənubi Azərbaycan şairlərindən böyük Seyid Məhəmmədhüseyn 
Şəhriyarın, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə Gülgün, Hökümə 
Billurinin və daima cənub mövzusuna müraciət edən Süleyman Rüstəmin 
əsərləri milli şüurumuzun oyanmasında mühüm rol oynamışdır. Böyük şairimiz 
Şəhriyarın hələ 1954-cü ildə yazdığı "Heydərbabaya salam" poeması 
respublikamızda böyük əks-səda doğurmuş və dillər əzbəri olmuşdur. 
340 


Mirzə İbrahimov, İlyas Əfəndiyev və Anarın insanlarda yüksək mənəvi 
-əxlaqi keyfiyyətlər aşılayan pyesləri ilə Azərbaycan dramaturgiyası xeyli 
zənginləşmişdi. 
Fikrət Əmirovun "Min bir gecə", Aqşin Əlizadənin "Babək" baletləri, 
Şəfiqə Axundovanın "Gəlin qayası" operası. Emin Sabitoğlunun "Hicran" 
musiqili komediyası 70-ci illər Azərbaycan musiqi sənətinin çox mühüm 
nailiyyətləri hesab olunur. 
Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Cavanşir 
Quliyev, Ələkbər Tağıyev və başqa bəstəkarlarımızın mahmlan xalqımız 
tərəfindən sevilirdi. 
Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Fərhad 
Bədəlbəyli, Vaqif Mustafazadə və başqalarımn ifaçılıq sənəti özünəməxsus 
zəngin kaloriti və təkrarsızlığı ilə dinləyənləri heyrətə salırdı. 
1970 - 1980-ci illərdə Azərbaycan səhnəsinə Həsən Turabov, Səməndər 
Rzayev, Fuad Poladov, Amaliya Pənahova, Səyavuş Aslan, Yaşar Nuri və 
başqalan kimi yeni və istedadlı bir nəsil gəlmişdi. Bu nəslin nümayəndələri 
Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məlik Dadaşov, Məmməd- rza 
Şeyxzamanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, İsmayıl Osmanlı kimi 
Azərbaycan səhnəsində yüzlərlə özünəməxsus obrazlar yaratmış sənət 
korifeyləri ilə çiyin - çiyinə çalışırdılar. 
60-cı illərin sonu - 80-ci illərdə çəkilmiş "Bizim Cəbiş müəllim", 
"Şərikli çörək", "Yeddi oğul istərəm", "Nəsimi", "Babək", 'Tütək səsi", 
"Axırıncı aşırım", "Dədə Qorqud", "Yaramaz" filmləri ilə Azərbaycan kinosu 
özünün çiçəklənmə dövrünü yaşayırdı. 
Bu dövrdə Adil İsgəndərov, Həsən Məmmədov, Həsən Turabov, Rasim 
Balayev, Şəfiqə Məmmədova kimi istedadlı kino aktyorlanmız yaratdıqları 
özünəməxsus və parlaq obrazlarla böyük şöhrət qazanmışdılar. 
Xalqımızın istedadlı rəssamlan Tahir Salahov, Mikayıl Abdullayev, 
Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov və Lətif Kərimov 
bu dövrdə Azərbaycan boyakarlığının çox gözəl nümunələrini yaratmışdılar. 
Heykəltəraşlarımızdan Cəlal Qaryağdı, Mirələsgər Mirqasımov, To- 
kay Məmmədov, İbrahim Zeynalov, Fuad Əbdürrəhmanov və Ömər Eldarovun 
Azərbaycanda və respublikamızdan kənarda ucaltdıqları abidələr heykəltəraşlıq 
sənətinin çox gözəl nümunələri hesab edilir. 
341 


XIV
FƏSİL. MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI (1991 - XXI 
ƏSRİN İLK ONİLLİKLƏRİ) 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin