Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


respublikamızın iqtisadi inkişafının uzun müddətə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə238/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   234   235   236   237   238   239   240   241   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

respublikamızın iqtisadi inkişafının uzun müddətə 
hesablanmış yeni strategiyasını 
müəyyənləşdirdi. Onun təşəbbüsü ilə SSRİ 
rəhbərliyi Azərbaycan iqtisadiyyatının sənaye və kənd təsərrüfatı sahələrini 
inkişaf etdirmək üçün 1975 - 1979-cu illərdə beş mühüm qərar qəbul etmişdi. 
Həmin qərarların üçü kənd təsərrüfatına aid idi. Bu qərarların həyata keçirilməsi 
nəticəsində 70-ci illərdə neft hasilatını sabitləşdirmək və artırmaq üçün 
Azərbaycana yeni texnologiyalara əsaslanan qazma qurğuları gətirildi. Xəzər 
dənizində "28 Aprel", "Bahar", "Azəri", "Günəşli" kimi zəngin neft - qaz 
yataqları aşkar edildi. Artıq 1971-ci ildə 18 milyon tondan çox neft hasil 
edilmişdi. Azərbaycanın neft tarixinin sonuncu yüz ilində bir milyardıncı ton 
neft çıxarılmışdı. 
1976-cı ildə 
Yeni Bakı Neftayırma zavodunda, 
1982-ci ildə isə 
Bakı 
Neftayırma zavodunda 
alman mütəxəssislərinin iştirakı ilə ilkin neftin emalı 
üçün yeni qurğular quraşdırılaraq bu sahədə istehsal prosesi tamamilə 
avtomatlaşdırılmışdı. Neftayırma müəssisələrinin yenidən qurulması zamanı 
avadanlıqların böyük hissəsi 
Almaniyadan, 
yüksək keyfiyyətli benzin istehsalı 
üçün qurğular isə 
Fransadan 
alınmışdı. Görülən tədbirlərin nəticəsində 80-ci 
illərin əvvəlləri üçün respublikanın neftayırma müəssisələrində 90 adda müxtəlif 
neft məhsulları: təyyarə benzini, reaktiv yanacaq, avtomobil və dizel 
yanacaqlan, müxtəlif sürtgü yağları istehsal olunurdu. Yeni Bakı Neftayırma 
zavodunda yüksək keyfiyyətli benzin istehsalı 3,5 dəfə artmışdı. 
1970-ci illərdə respublikamızın 
neft maşınqayırma sənayesinin 
əsaslı 
şəkildə yenidən qurulması həyata keçirilmişdi. Bu işə o dövrün pulu ilə çox 
böyük məbləğ olan 480 milyon manat vəsait ayrılmışdı. Nəticədə Azərbaycan 
neft maşınqayırma sənayesi bütün SSRİ üzrə neft avadanlıqlarına olan tələbatın 
70 faizdən çoxunu ödəyirdi. Azərbaycan, SSRİ miqyasında 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin