Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Azərbaycanda xalq hərəkatının genişlənməsi



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə246/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   242   243   244   245   246   247   248   249   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycanda xalq hərəkatının genişlənməsi 
Sovet rəhbərliyi tərəfindən himayə olunan ermənilərin 
Ermənistanda 
azərbaycanlılara qarşı deportasiya siyasətinə 
başlaması, Azərbaycanın 
Dağlıq Qarabağ bölgəsində separatçılıq meyllərinin güclənməsi, 
bu zaman 
SSRİ rəhbərliyinin tam ermənipərəst mövqedən 
çıxış 
etməsi və respublika 
rəhbərliyinin azərbaycanlıların pozulmuş hüquqlarını müdafiə etmək iqtidarında 
olmaması xalq hərəkatının genişlənməsinə gətirib çıxardı. 
Moskva tərəfindən 1988-ci il mayın 21-də 
Kamran Bağırovun 
vəzifədən uzaqlaşdırılması və 
Əbdürrəhman Vəzirovun 
Azərbaycan KP MK- 
nin birinci katibi vəzifəsinə gətirilməsi respublikamızda ictimai - siyasi 
345 


vəziyyəti daha da mürəkkəbləşdirdi. Azərbaycanın problemlərinə dərindən 
bələd olmayan və xalqımızın psixologiyasını yaxşı bilməyən, milli maraqlardan 
uzaq olub, Moskvaya xidmət edən Əbdürrəhman Vəzirov bu çətin və 
məsuliyyətli dövrdə Moskvadan qızışdırılan milli münaqişəyə qəsdən yersiz 
beynəlmiləlçilik prinsipindən yanaşır, vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə, 
beşinci, onuncu dərəcəli məsələlərin həlli ilə məşğul olurdu. Bunun nəticəsidir 
ki, 1988-ci ilin payızında Dağlıq Qarabağ tamamilə respublikamızın 
nəzarətindən çıxmışdı. Moskvanın Dağlıq Qarabağdakı canişini A.Volskinin 
qatı ermənipərəst siyasəti, nadir Topxana meşəsində ekoloji cəhətdən zərərli 
sənaye obyektinin tikilməsinə başlanılması bütün 
Azərbaycan xalqını 
ayağa 
qaldırdı. 
1988-ci il noyabrın 17-də 
Bakının Lenin adma meydanında başlayan 
mitinq 100 minlərlə adamın qoşulduğu ümummilli xalq hərəkatına 
çevrildi. 
Lenin (indi Azadlıq - Red.) meydanında 
Azərbaycan Xalq Cümhuriyyətinin 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin