haqqında bəndin daxil edilməsi demokratik hərəkatın
çox böyük qələbəsi hesab
olunur. 1989-cu ildə baş vermiş ən mühüm hadisələrdən biri də hələ 1930-cu
illərdə Moskvanın Azərbaycanda canişini olmuş S.M.Kirovun şərəfinə
Kirovabad adlandırılan qədim Gəncə şəhərinin tarixi adının qaytarılması oldu.
Demokratik qüvvələrin tələbləri qarşısında geriyə çəkilən SSRİ
hökuməti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini
ləğv etməyə məcbur oldu. Dağlıq Qarabağın idarəçiliyinin Azərbaycan
Respublikasına qaytarılması haqqında Moskvanın bu qərarını etirazla qarşılayan
erməni millətçiləri qanuna zidd separatçılıq əməllərindən əl çəkmədilər.
1989-
cu il dekabrın 1-də Ermənistanın Ali Soveti "Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi haqqında" qərar verərək Qarabağ qiyamçılanm daha
da ruhlandırdı. Stepanakertdə (Xankəndi) Ermənistan bayrağı qaldırıldı və
DQMV-dəki bütün təsərrüfat orqanları və müəssisələr Ermənistana tabe
olduqlanm bildirdilər. Azərbaycamn siyasi rəhbərliyi hadisələrin belə gedişi
qarşısında tamamilə aciz qalmışdı, İttifaq hökuməti isə erməni separatizminin
qarşısını
almaq üçün demək olar ki, heç bir tədbir görmürdü.
Qanlı Yanvar
1989-
cu ilin payızında Azərbaycanın ictimai - siyasi həyatında baş
vermiş ən mühüm hadisələrin önündə gedən Azərbaycan Xalq Cəbhəsi çox
nüfuzlu və kütləvi bir təşkilata çevrilmişdi. Bu təşkilatın sıralarında 300 min
nəfərə qədər üzv və tərəfdar birləşmişdi. AXC-nin böyük nüfuza malik olan
siyasi qüvvəyə çevrilməsi Azərbaycanın Kommunist rəhbərliyini, xüsusilə
Moskvanı bərk qorxuya salmışdı. Ermənistanın
təcavüzü və Qarabağda
Azərbaycanın suverenliyinin pozulması xalqın hakimiyyətdən narazılığını o
dərəcədə gücləndirmişdi ki, artıq onun səbr kasası dolub - daşmışdı. Kütləvi
narazılıq şəraitində Azərbaycanda ictimai - siyasi vəziyyətin getdikcə
radikallaşması AXC-nin tərkibində də daha qətiyyətli addımların atılmasının
tərəfdarı olan "radikallar" qanadının mövqeyini xeyli gücləndirmişdi. Təşkilatın
rəhbər orqanlarında "liberal" qanadın mövqeyi xeyli zəifləmişdi.
Azərbaycan Xalq Cəbhəsinin yerli təşkilatlarının rəhbərliyi altında
bölgələrdə 1989-cu il noyabr - dekabr - 1990-cı ilin yanvar aylarında fasiləsiz
mitinqlər, nümayişlər və tətillər keçirilmişdi. Nəticədə Cəlilabadda yerli
hakimiyyət orqanları ləğv edilmiş, Sabirabad, Ağcabədi və Lənkəranda rayon
rəhbərləri xalqın tələbi ilə istefaya göndərilmişdi.
1989-cu il dekabrın 30-da AXC-nin Naxçıvan şöbəsinin başçılığı
altında əhali tərəfindən Araz çayı boyunca Sovet - İran sərhəddindəki qurğular
dağıdılmışdı. 1990-cı il yanvar ayının 18-də Biləsuvar və Cəlilabad rayonlarında
da əhali tərəfindən sərhəd dirəkləri və digər qurğular sökülmüşdü. 1990-cı il
yanvar ayının 12-də AXC-nin radikallar qanadımn yaratdığı
Milli MüdaBə
Şurasının (MMŞ) məqsədi hərbi dəstələr təşkil edərək Azərbaycan əhalisini
erməni silahlı qüvvələrinin hücumlarından qo
347
rumaq idi. 1990-cı il yanvar ayının 13-də Bakıda bir erməninin iki
azərbaycanlını öldürməsinə cavab olaraq erməni talanları başladı. Nə yerli
hüquq mühafizə orqanları, nə də SSRİ-nin 12 minlik daxili qoşun hissələri
qəsdən bu talanların qarşısını almaq üçün heç bir ciddi tədbir görməyərək seyrçi
mövqe tutdular. AXC-nin özünümüdafiə dəstələrinin gücü ilə bu talanların
qarşısı alındı. 1990-cı il yanvar ayının 15-də SSRİ rəhbərliyi "DQMV və digər
rayonlarda fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Baş
vermiş bütün bu hadisələr Azərbaycanda siyasi böhranın
dərinləşməsinə gətirib
çıxartdı. İflic vəziyyətinə düşən respublika hökuməti hadisələrə nəzarəti
tamamilə itirdi. SSRİ hökuməti Azərbaycanda Sovet hakimiyyətinin
devriləcəyindən və Azərbaycanı itirəcəyindən, nəticədə respublikanın
müstəqillik qazanacağından bərk qorxuya düşərək Bakı ətrafına çoxlu sayda
əlavə qoşun hissələri və ağır texnika cəmləşdirməyə başladı.
AXC Milli
Müdafiə Şurasının təşkilatçılığı ilə Bakının küçələrində və Bakıdakı sovet
qoşun hissələrinin ətrafında əhali tərəfindən barrikadalar qurulmasına başlandı
və Bakı şəhərinə gələn yollarda 26 iri maneə yaradıldı. Şəhərdə yerləşən 60
sovet qoşun hissəsinin 34-nün, o cümlədən, Salyan kazarmalarının yolu
tamamilə kəsildi. 1990-cı il yanvar ayının 17-də AKP MK-nin binası qarşısında
başlayan mitinqdə Moskvadan Ermənistanın Azərbaycana qarşı ərazi
iddialarına qəti şəkildə son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq
Qarabağa və sərhəd bölgələrinə göndərilməsi, respublikanın
rəhbəri
Ə.Vəzirovun istefaya göndərilməsi və onun yerinə hakimiyyətə xalqın istədiyi
namizədin gətirilməsi qətiyyətlə tələb edilirdi. 1990-cı il yanvar ayının 19-da
xalqın tələbi ilə Naxçıvan MSSR-in Ali soveti Muxtar respublikanın SSRİ-nin
tərkibindən çıxması haqqında qərar qəbul etdi. Həmin gün SSRİ Ali Sovetinin
Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan "Bakı şəhərində
fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Lakin 1990-cı il
yanvar ayının 20-si səhərədək bu fərman xalqdan gizli saxlamldı. Hələ üstəlik
Moskvanın Bakıya göndərdiyi yüksək vəzifəli emissarları - Sov. İKP MK katibi
A.Girenko və SSRİ Ali Sovetinin sədri Y.Primakov Azərbaycamn rəsmi
şəxslərini və əhalinin nümayəndələrini inandırmışdı ki, Bakıya qoşun
yeridilməsindən söhbət belə gedə bilməz. Həmin fərman haqqında xalqa heç bir
məlumat verilməsin - deyə yanvar ayının 19-da axşam saat 19:30-da
Azərbaycan televiziyasının enerji bloku sıradan çıxarıldı. Şəxsən SSRİ Müdafiə
naziri marşal D.Yazovun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda gizli kod adı "Tayfun" olan döyüş əməliyyatına başlandı.
Hücum əməliyyatında Azərbaycana gətirilmiş Sovet qoşun hissələri, Bakı
qarnizonunun qüvvələri və dənizdən hərbi gəmilər cəlb olunmuşdu.
Hücum
başlayan kimi ağır texnika asanlıqla bütün barrikadaları dağıtmışdı. Əsgərlər
dinc əhalini avtomatlardan və digər silahlardan gülləbaran edir, yaşayış evlərini,
hətta təcili yardım maşınlarını atəşə tuturdular. Vəhşiləşmiş əsgərlər qarşısına
çıxan adamları tankın altında basıb - əzməkdən belə çəkinmirdilər. Bakı
şəhərinin küçə-
348
ləri çoxlu sayda günahsız insanların-qoca, qadın və uşaqların qanına
boyanmışdı. Sovet ordusu tərəfindən həyata keçirilən qırğınlar nəticəsində Bakı
şəhərində və digər bölgələrdə 131 nəfər dinc sakin öldürülmüş, 734 nəfər
yaralanmış, yüzlərlə yaşayış evi yandırılmış, əhaliyə və şəhər təsərrüfatına
böyük ziyan vurulmuşdu. Düşmən bu qətliamı həyata keçirəndən sonra, məhz
yanvar ayının 20-də səhər əhaliyə Bakıda fövqəladə vəziyyətin
elan edilməsi
haqqında məlumat verilmişdi. İsrarla Moskvadan qətiyyətli tədbirlərin
görülməsini və xalqa qarşı güc tətbiq olunmasını tələb edən Əbdürrəhman
Vəzirov hərbi təyyarə ilə öz ağalarının yanma - Moskvaya qaçmışdı. Bakıda və
respublikada bütün hakimiyyət hərbi komandanlığın əlinə keçmiş, kütləvi
həbslər aparılmış və AXC-nin qərargahı dağıdılmışdı.
Xalq hərbi qüvvələrin
hücumu qarşısında məğlub olsa da, ruhdan düşməmiş və Qanlı yanvar qırğınına
qəti etiraz əlaməti olaraq Azərbaycanda 40 günlük ümummilli tətil elan
edilmişdi.
Azərbaycan xalqının bu ağır günlərində
Dostları ilə paylaş: