Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Azərbaycanın dövlət müstəqilliyinin bərpası



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə250/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   246   247   248   249   250   251   252   253   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycanın dövlət müstəqilliyinin bərpası 
349 


1990-
cı il 20 yanvar faciəsindən sonra Azərbaycanda demokratik 
hərəkat zəifləməyə və AXC-nin xalq arasında nüfuzu aşağı düşməyə başladı. 
Respublika rəhbərliyi qanlı yanvar qırğımndan sonra itaətkarcasma Moskvanın 
göstərişlərinə əməl etməklə, Azərbaycan ictimaiyyətinin rəğbətini qazana 
bilməyəcəyini artıq açıq şəkildə dərk etməyə başlamışdı. İqtidar AXC liderləri 
ilə razılığa gələrək 1990-cı il may ayının 19-da respublikada prezident 
vəzifəsinin təsis edilməsinə nail oldu və elə həmin gün Azərbaycan Ali Soveti 
Ayaz Mütəllibovu prezident seçdi. 
Bütün xalqı düşündürən Qarabağ problemi isə həll edilməmiş qalırdı. 
Ermənistan isə Azərbaycana qarşı öz təcavüzkarlıq planlarım həyata 
keçirtməkdə davam edirdi. Bu dövlət Azərbaycan ərazisinə silahlı basqınlarla 
kifayətlənməyərək, Naxçıvana gedən və Mehridən keçən dəmir yolunun işinə 
maneələr yaratmış və Muxtar respublikanı blokadaya almışdı. İşğalçı 
Ermənistan hələ 1990-cı il yanvarın 12-də Xanlar rayonunun Quşçu kəndinə 
havadan desant ataraq dinc əhaliyə vəhşicəsinə divan tutmuş, onlarla qoca, 
qadın və uşaq amansızlıqla öldürülmüşdü. 1990-cı il martın 14-də isə üç erməni 
hərbi hissəsi rusların köməyi ilə Qazax rayonunun Bağanıs - Ayrım kəndinə 
hücum edərək dinc əhalini qırmışdı. Həmin il Ermənistan silahlı qüvvələri sovet 
ordusunun köməyi ilə Naxçıvanın Kərki kəndini işğal edərək, 320 sakini doğma 
yurdundan didərgin salmışdı. 
1990-
cı il mayın 22-də SSRİ Nazirlər Soveti Respublikamızın tələbi ilə 
DQMV-dəki bütün müəssisə və təşkilatların idarə hüququnu Azərbaycana 
qaytarmışdı. Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla 
bütün sərhəd xəttində (975 km) fövqəladə vəziyyət elan etmişdi. Nəticədə 
sərhəd xətləri mühəndis qurğuları ilə möhkəmləndirilmiş və sərhədlərin 
müdafiəsi üçün xüsusi silahlı dəstələr yaradılmışdı. Dağlıq Qarabağ üzrə 
Respublika Təşkilat Komitəsi Xüsusi təyinatlı milis dəstələrinin köməyilə 
vilayətdəki azərbaycanlılar yaşayan kəndlərin blokadadan çıxarılması və 
qanunsuz silahlı dəstələrin ləğv edilməsi kimi bir sıra mühüm addımlar atmışdı. 
Ümumiyyətlə, 1990-cı ilin yanvar - iyun aylannda DQMV- nin 43 yaşayış 
məntəqəsində 63 xüsusi əməliyyat aparılmış və erməni quldurları tərkisilah 
edilmişdi. 
Yeni seçilmiş prezident zamanla ayaqlaşmaq üçün 1990-cı il may 
ayının 21-də fərman verərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 
may gününü Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü elan etdi. 
Beləliklə, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı demokratik qüvvələr 
tərəfindən Azərbaycan Parlamentinin keçmiş binası üzərundə yenidən 
dalğalanmağa başladı. SSRİ və respublika rəhbərliyinin ciddi maneələrinə 
baxmayaraq Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya qayıdaraq oradan 
doğma diyarı Naxçıvana getdi. 
1990-
cı il iyul ayında respublikanın Ali Sovetinə xalq deputatları 
seçkisinə start verildi və demokratik düşərgənin 20-dən çox təşkilatının 
nümayəndələrinin iştirakı ilə Demokratik blok yaradıldı. Kommunist 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin