Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə258/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   254   255   256   257   258   259   260   261   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

hərbi - dəniz donanmasını 
yaratmağa imkan verdi. 1992-ci il iyunun 26-dan 
bu donanma Azərbaycanın dövlət bayrağı altında 
üzməyə başladı. İyunun 
sonlarından orduda bütün yazışma işlərinin 
Azərbaycan dilində 
aparılmasına 
və milli atributların tətbiqinə başlandı. Silahlı hərbi dəstələr yaratmaq müstəsna 
olaraq Müdafiə Nazirliyinin səlahiyyətinə verildi və 1992-ci il iyunun 27-də 
silahlı qüvvələri bir mərkəzdən idarə etmək üçün Müdafiə Nazirliyində 
vahid 
komandanlıq 
yaradıldı. 
Podpolkovnik 
Nəcməddin Sadıqovun 
rəhbərliyi altında milli ordu 
hissələrinin 1992-ci il iyunun 12-dən başlayan və 3 - 4 gün ərzində həyata 
keçirilən irimiqyaslı 
Ağdərə hərbi əməliyyatı 
nəticəsində 
Əsgəran rayonunun 
30-a qədər kəndi 
xain düşməndən azad edildi və çox mühüm strateji ərazilər 
nəzarət altına alındı. Ermənistanın işğalçı qüvvələri və yerli erməni hərbi 
hissələri 500-dən çox əsgər və zabit, çoxlu hərbi texnika, o cümlədən bir təyyarə 
itirərək döyüş meydanından qaçdılar. 
Döyüş meydanında xarici muzdlu 
döyüşçülərdən 9 zəncinin də meyidi qalmışdı. Azərbaycan ordu hissələri 
Xankəndinin 1 0 - 1 5 km-liyinə qədər gedib çatmışdı 
və igid 
356 


döyüşçülərimiz 
Kəlbəcər - Tərtər yolundakı əksər kəndləri 
azad etmişdi. 
Goranboy rayonunun 
da işğal olunmuş torpaqlan düşməndən təmizlənmişdi. 
1992-ci il avqustun əvvəllərində erməni silahlı qüvvələri biabırçılıqla məğlub 
olaraq Başkənddən qovuldular. Qəhrəman Azərbaycan döyüşçüləri parlaq 
qələbələr qazanaraq Dağlıq Qarabağla Ermənistan arasındakı 
Laçın dəhlizini 
xeyli daraltdılar. Sentyabnn 23-də Azərbaycan hərbi hissələri 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin