1990-cı illərin ortalarında demokratik hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu sahəsində ilk və mühüm addımlar atıldı. Heydər Əliyevin
sədrliyi ilə yaradılmış komissiya tərəfindən Azərbaycan xalqının
milli
xüsusiyyətləri nəzərə alınmaqla və qabaqcıl demokratik dövlətlərin təcrübəsi
əsasında Konstitusiya layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də
keçirilən
referendumda böyük səs çoxluğu ilə Müstəqil Respublikamızın ilk
Konstitusiyası qəbul edildi. 158 maddədən ibarət olan bu Konstitusiya ilə
Azərbaycanda dövlət quruculuğunun hüquqi və qanuni əsasları yaradıldı.
1995-
ci il noyabrın 12-də 8 siyasi partiyanın iştirakı
ilə Müstəqil
Azərbaycan Respublikasının ilk parlamentinə - Milli Məclisə seçkilər keçirildi.
Yeni seçilmiş parlamentdə insan hüquqları, elm, təhsil, mədəniyyət və iqtisadi
sahələr üzrə daimi komissiyalar yaradıldı. Parlamentin qəbul etdiyi qanunlar
əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi, demokratik islahatların həyata
keçirilməsinə başlandı. 1996-cı ildə yaradılmış Hüquqi İslahatlar
Komissiyasının fəaliyyəti nəticəsində bir sıra mühüm addımlar atıldı. 1998-ci
ilin fevralında Respublikamızda ölüm cəzası ləğv edildi və Azərbaycan bütün
Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə oldu. 1998-ci ildə Respublikamızda
Konstitusiya məhkəməsi yaradıldı. 1998-ci il avqustun 6-da Prezidentin fərmanı
ilə mətbuat üzərində senzuranın ləğv edilməsi Azərbaycan Respublikasında söz,
fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində çox mühüm addım idi.
1998-ci il oktyabr ayının 11-də alternativ əsasda
keçirilən seçkilərdə Heydər
Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
1999-
cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə
seçkiləri keçirildi. 2000-ci il noyabrın 5-də Milli Məclisə keçirilən seçkilər
nəticəsində əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvlərindən və 4 siyasi
Dostları ilə paylaş: