müxalifətin başçıları ilə danışıqlar apararaq siyasi böhrandan çıxış yollarını
müəyyən etdi. Nəhayət, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli
Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin sədri seçildi.
Azərbaycan tarixində yeni bir dövrün başlanğıcım qoyan 15 iyun Milli Məclis
tərəfindən 1997-ci ildə '’Milli qurtuluş günü" elan olunmuşdur.
Respublikada yaranmış mürəkkəb siyasi prosesləri idarə etməkdə aciz
qalan prezident Əbülfəz Əliyev (Elçibəy) iyunun 17-dən 18-nə keçən gecə heç
kimə xəbər vermədən Bakını
tərk edib, doğulduğu Naxçıvanın Ordubad
rayonunun Kələki kəndinə getdi. O, bu ucqar dağ kəndindən ölkəni idarə etmək
iddiasında olduğunu bildirdi. 1993-cü ilin iyunun 24-də Milli Məclis respublika
prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. H.
Əliyev siyasi böhrandan çıxmaq üçün,
real hərbi gücə malik olsa da, heç bir
siyasi idarəetmə bacarığı olmayan Surət Hüseynovu Baş nazir təyin edərək güc
nazirliklərinə rəhbərliyi də ona tapşırdı. Məqsəd qiyamçı polkovniki ciddi
nəzarət altında saxlamaqla, onu qeyri - qanuni hərəkətlərdən çəkindirmək idi.
1993-cü ilin iyun böhranı Ermənistanın Qarabağ savaşında hücum
əməliyyatlarını genişləndirməsi üçün əlverişli imkan yaratdı. İyunun 25-dən
26-na keçən gecə Baş nazir S.Hüseynovun göstərişi ilə Milli ordu hissələrinin
Ağdam cəbhəsindən çıxarılması vəziyyəti daha da ağırlaşdırdı. S.Hüseynova
tabe olan qiyamçı 709 saylı hərbi hissə iyulun
əvvəllərində Ağdama daxil
olandan sonra özünümüdafiə qüvvələrinin bir hissəsinin döyüş mövqelərindən
çıxanlması və Ağdam şəhəri düşmən tərəfindən intensiv surətdə atəşə tutularkən
709-cu hərbi hissəsinin heç bir müdafiə tədbiri görməməsi fəlakətlə nəticələndi.
Ağdamın özünümüdafiə qüvvələri 43 gün amansız düşmənlə qanlı döyüşlər
aparsa da, şəhər iyulun 23-də ermənilər tərəfindən işğal olundu. Ağdam
ermənilərlə savaşda 538 nəfər şəhid vermişdi. Ümumiyyətlə,
Ermənistan
qoşunlarının yay-payız hərbi əməliyyatları Azərbaycanın çox böyük ərazilər
itirməsi ilə nəticələndi. Ağdamın ardınca, avqustun 23-də Cəbrayıl və Füzuli,
avqustun 31-də Qubadlı, oktyabrın 30-da isə Zəngilan rayonları Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olundu. Qarabağ
müharibəsində Azərbaycan
xalqı ümumilikdə 20 min şəhid vermiş, döyüşlərdə 100 min nəfər yaralanmış, 5
min nəfər əlil olmuş, 5 min nəfərə qədər insan isə əsir və girov götürülmüşdür.
Qaçqın və köçkün əhalinin sayı 1 milyon nəfəri keçmişdir.
Respublika üçün çox ağır hərbi - siyasi şəraitdə, 1993-cü il avqustun
7-də Azərbaycanın cənub bölgəsində S.Hüseynovun silahdaşı
Əlikram
Hümbətov tərəfindən üzdəniraq qondarma "Talış - Muğan Respublikası"nın
yaradıldığı elan olunmuşdu. Cənub rayonlarının əhalisinin ayağa qalxaraq
separatçıları qətiyyətlə dəf etməsi və dövlət başçısı Heydər Əliyevin qətiyyətli
səyləri nəticəsində Azərbaycanın cənub bölgəsi avqustun 23-də bütün təxribatçı
qüvvələrdən təmizləndi. 1993-cü ildə ölkənin şimal - şərq sər
361
hədləri də yerli əhalinin gücü ilə sadvalçılardan təmizləndi. Beləliklə,
Vətənimiz Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu.
Ermənistanı külli miqdarda hər cür silah
- sursatla təchiz edən
Rusiyanın Azərbaycana təzyiqlərini zəiflətmək məqsədi ilə respublikamız
1993-cü il sentyabrın 24-də
Dostları ilə paylaş: