Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Avropada Təhlükəsizlik və Əməkdaşhq



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə260/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   256   257   258   259   260   261   262   263   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Avropada Təhlükəsizlik və Əməkdaşhq 
Müşa
virəsinə (ATƏM) üzv qəbul olundu. Buna baxmayaraq ATƏM-in 1992-ci 
ilin martında yaradılmış Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə 
bağlı heç bir təsirli tədbir görməmişdi. 1992-ci ilin oktyabrın 12-də 
Rusiya ilə 
münasibətləri 
normallaşdırmaq üçün addımlar atıldı və iki ölkə arasında 
dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalandı. 
Xalq Cəbhəsi hökumətinin, xüsusilə 
Türkiyə meyilli siyasət yeritməsi 
bölgədə 
Rusiyanı, 
rəsmi hakimiyyət orqanlarımn 
Cənubi Azərbaycan türklərinin 
hüquqlarının müdafiəsi ilə bağlı bəyanatları isə İranı 
narazı salmışdı. 
Azərbaycanın 
Müstəqil Dövlətlər Birliyinə 
daxil olmaqdan qəti şəkildə imtina 
etməsi də Rusiyanın hakim dairələrində Xalq Cəbhəsi hökumətinə qarşı mənfi 
münasibət yaratmışdı. Dağlıq Qarabağ probleminin həll edilmədiyi bir şəraitdə 
idarəçilik təcrübəsi olmayan Xalq Cəbhəsi hökuməti 
357 


düzgün və tarazlaşdırılmış xarici siyasət həyata keçirə bilmirdi. ATƏM-in 
Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyəti demək olar ki, 
hiss olunmurdu. SSRİ dağılandan sonra dünyada yeganə super dövlətə çevrilən 
ABŞ-ın qanunverici məclisi olan Konqres 1992-ci il oktyabrın 24- də çox 
ədalətsiz şəkildə Azərbaycanı Ermənistan Respublikasını blokadaya almaqda 
günahlandırıb "Azadlığı Müdafiə Aktı" na Azərbaycana dövlət səviyyəsində hər 
cür, o cümlədən humanitar yardım göstərilməsinə sərt məhdudiyyətlərin 
qoyulmasını nəzərdə tutan 907-ci əlavəni qəbul etdi. Digər keçmiş sovet 
respublikalarından fərqli olaraq Azərbaycandan qoşunlanm daha tez çıxaran və 
açıq şəkildə təcavüzkar Ermənistanı ən müasir silahlarla təchiz edən Rusiya 
respublikamıza təzyiq siyasətindən onu xırda dövlətlərə parçalamaq siyasətinə 
keçdi və Azərbaycanın müxtəlif bölgələrində süni şəkildə etnik münaqişələr 
yaratmağa başladı. 
Rusiya hərbi dairələrinin himayə etdiyi müdafiə naziri R.Qazıyevin 
vəzifəsində saxlamiması və onu zərərsizləşdirmək üçün dövlət başçısı Əbülfəz 
Əliyev tərəfindən korpus komandanı və Qarabağ bölgəsində prezidentin 
səlahiyyətli nümayəndəsi təyin edilmiş Surət Hüseynovun ordu quruculuğu və 
Qarabağ cəbhəsindəki yarıtmaz fəaliyyəti müharibədə qazanılmış qələbələri 
möhkəmləndirməyə imkan vermədi. Respublikanın hərbi rəhbərliyindəki 
rusiyapərəst qüvvələr müxtəlif təxribatlar törədirdilər. 1992-ci il oktyabrın 5- də 
Qubadlıdan Laçın istiqamətində hücum zamanı Əlikram Hümbətov ona tabe 
olan tank briqadasını qəsdən geri çəkərək tutulmuş strateji mövqelərin 
düşmənin əlinə keçməsinə şərait yaratmışdı. 
Ağır hərbi əməliyyatlar nəticəsində xeyli zəifləyən, peşəkar zabit heyəti 
və texnika ilə yaxşı təmin olunmayan milli ordu hissələrimizin peşəkar hərbçi 
olmayan müdafiə naziri R.Qazıyev tərəfindən 1992-ci ilin sonu - 
1993-
cü ilin əvvəllərində qışda, çətin dağ şəraitində yenidən döyüşlərə cəlb 
edilməsi ağır nəticələr verdi və Qarabağ savaşında böyük məğlubiyyətlərə 
gətirib çıxartdı. 1993-cü ilin yanvar aynın 26-da Qarabağ müharibəsinin ən 
böyük hərbi əməliyyatlanndan biri olan Fərrux yüksəkliyi uğrunda döyüşdə 
Azərbaycan milli ordusu ağır itkilər verdi və məğlubiyyətə uğrayaraq geri 
çəkilməyə məcbur oldu. Beləliklə, müdafiə naziri R.Qazıyev vaxtı çatmamış 
əməliyyatlar keçirməklə respublikanı demək olar ki, silahsız, ordusuz və 
texnikasız qoydu. 
Qarabağ savaşında dövlətimizə ikinci ağır zərbəni Surət Hüseynov 
vurdu. Peşəkar hərbçi olmayan S.Hüseynov 1992-ci ilin dekabrında heç bir 
hərbi zərurət olmadan ordu hissələrini Kəlbəcərin çox mühüm strateji 
yüksəkliklərindən geriyə çəkdi və gələcək siyasi planlarını həyata keçirmək 
üçün 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən hərbi texnikanı çıxanb 
Gəncəyə apardı. Nəticə dəhşətli oldu. Ermənistanın işğalçı ordusu Rusiyamn 
7-ci ordusunun qoşun hissələri ilə birlikdə hücuma keçib, 1993-cü il fevralın 
16-da Ağdərə - Kəlbəcər yolunu ələ keçirtdi. Xalq Cəbhəsi hökuməti müdafiə 
naziri R.Qazıyevi və korpus komandanı S.Hüseynovu tutduğu 
358 


vəzifələrdən azad etsə də, onların təsiri altında olan hərbi hissələr Müdafiə 
Nazirliyinə tabe olmaqdan imtina edirdilər. Ermənistan yaranmış vəziyyətdən 
məharətlə istifadə edərək Kəlbəcər istiqamətində hücum əməliyyatlarım 
genişləndirdi və martın 31-də düşmən çox mühüm strateji əhəmiyyət daşıyan 
Kəlbəcəri mühasirəyə aldı. Aprelin 3-də Kəlbəcər Ermənistan tərəfindən işğal 
edildi. Kəlbəcər uğrunda döyüşlərdə 217 nəfər şəhid oldu. Milli ordu qüvvələri 
geri çəkilərkən respublika rəhbərliyi lazımi təbirlər görmədiyindən əhalinin 
böyük hissəsini bölgədən çıxartmaq mümkün olmadı və nəticədə minlərlə sakin 
ermənilər tərəfindən əsir götürüldü. 
Kəlbəcərin işğalı Azərbaycan Xalq Cəbhəsi hökumətinə xalqın inamının 
qırılmasına və respublikada dərin siyasi böhranın başlamasına səbəb oldu. Heç 
də təsadüfi deyil ki, ölkədə hərbi müxalifəti təmsil edən bir qrup zabit məhz 
Kəlbəcərin işğalı günü - aprelin 3-də Gəncədə S.Hüseynovun başçılığı ilə "Hərbi 
birlik" adlandırılan bədnam hərbi - siyasi təşkilat yaratmışdı. Bu təşkilatın təsiri 
altında olan Gəncədəki 709 saylı hərbi hissə Ali baş komandana və müdafiə 
nazirinə tabe olmurdu. 1993-cü il iyunun əvvəllərində Surət Hüseynovun 
başçılığı ilə Gəncədə hərbi qiyam başladı. Xalq Cəbhəsi hökuməti 709 saylı 
hərbi hissənin tərki - silah olunaraq ləğv edilməsi haqqında əmri yerinə yetirmək 
üçün 1993-cü il iyunun 4-də qiyamçılara qarşı hərbi əməliyyata başladı. 
Əməliyyat tamamilə iflasa uğradı və hökumət qüvvələri məğlub oldular. Surət 
Hüseynovım başçılığı ilə qiyamçılar Bakıya doğru hərəkətə başladılar və iyunun 
14-də artıq onlar Bakının ətrafında yerləşən qəsəbələrə qədər irəliləyə 
bilmişdilər. Yaranmış böhranlı vəziyyətlə əlaqədar hökumət qiyamçılarla 
danışıqlara getməyə məcbur oldu. Parlamentin sədrinin. Baş nazir və 3 güc 
nazirinin istefaya göndərilməsi də bir nəticə vermədi və dövlətimizin 
qiyamçıların əlinə keçməsi təhlükəsi yarandı. 
Respublikada siyasi böhranın dərinləşdiyi şəraitdə Rusiyamn Dağıstan 
bölgəsində yaratdığı və məqsədi Azərbaycanın şimalında yaşayan ləzgiləri 
Azərbaycan hökumətinə qarşı qaldırmaq olan "Sadval" təşkilatımn silahlı quldur 
dəstəsi sərhədlərimizə soxulmuşdu. 1993-cü ilin iyununda bir qrup sadvalçı 
Qusarda təxribatlar törədərək Azərbaycan dövlətçiliyinə qarşı mitinqlər təşkil 
etmişdi. Cəbhə bölgələrindən çıxardığı hərbi hissələrlə respublikamızın cənub 
bölgəsini ələ keçirməyə çalışan Əlikram Hümbətov da S.Hüseynovla birlikdə və 
sıx əlaqədə hərəkət edərək 1993-cü il iyunun 15-də Lənkəranda qanuni 
hakimiyyəti devirdi. Beləliklə, 1993-cü ilin iyununda respublikada tam bir xaos 
və hakimiyyət boşluğu yaranmışdı. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin