parlamentin, teleradionun binalarını, Prezident sarayını və başqa strateji obyektləri ələ keçirdi. Parlamentin 1992- ci il 18 may
sessiyasında Xalq Cəbhəsinin liderlərindən biri olan
İsa Qəmbərov Respublika
Ali Sovetinin sədri seçildi və yeni seçkilərə qədər prezident səlahiyyətlərinin
icrası da ona tapşırıldı. Respublika Ali Sovetinin Milli Şurası "Milli Məclis"
adlandınidı və parlamentin bütün səlahiyyətləri
Milli Məclisə verildi. Yeni
təşkil olunmuş iqtidar komandası Xalq Cəbhəsi və keçmiş kommunistlərdən
təşkil olundu. Siyasi hakimiyyət dəyişikliyi şəraitində Ermənistan silahlı
qüvvələri tərəfindən mayın 18-də
Laçın işğal olundu.
Laçının işğalı Qarabağda
Azərbaycanın strateji mövqeyinə çox ağır bir zərbə oldu. Çünki Laçının işğalı
ilə
Ermənistanla Dağlıq Qarabağ separatçıları arasında birbaşa əlaqəni təmin edən dəhliz yarandı. 1992-
ci il iyunun 7-də Respublikada Prezident seçkiləri keçirildi.
Azərbaycan Xalq Cəbhəsinin sədri
Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti seçildi. Ermənistanın təcavüzünün genişləndiyi bir
şəraitdə Xalq Cəbhəsi hökumətinin qarşısında duran birinci dərəcəli vəzifə
ordu quruculuğu məsələsi idi. SSRİ-nin hərbi əmlakının bölüşdürülməsi haqqında
1992-ci il may ayının 15-də bağlanmış
Daşkənd müqaviləsinə əsasən sovet
ordusu və hərbi - dəniz donanma qüvvələrinin silah və texnikasının bir
hissəsinin respublikaya verilməsi Azərbaycan milli ordu hissələrinin təşkili və
silah - sursatla təminatında mühüm rol oynadı. 1992-ci ilin iyununda
Azərbaycanın özünə məxsus
ilk aviasiya polku yaradıldı. Xəzər dənizində olan
sovet hərbi donanmasının 25 faizinin respublikaya təhvil verilməsi Azərbaycana
öz