birinin ardınca erməni quldur dəstələri tərəfindən dağıdılır, əhalisi məhv edilir,
sağ qalanlar isə öz doğma torpağında qaçqına çevrilirdi. 1991-ci il noyabrın
20-də Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılovun və digər
rəhbər şəxslərin Rusiya və Qazaxıstandan olan nümayəndələrlə birlikdə Dağlıq
Qarabağa sülh missiyası baş tutmadı. Nümayəndə heyətini aparan vertolyotun
Qarabağ səmasında Qarakənd yaxınlığında vurulması nəticəsində 23 nəfər həlak
oldu. Bu hadisədən hiddətlənən Azərbaycan xalqını
sakitləşdirmək üçün
1991-ci il noyabrın 26-da respublika Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağın
Muxtar Vilayət statusu ləğv edildi. Həmin gün demokratik blokun tələbi və
prezidentin razılığı ilə qanunvericilik məsələlərinin
operativ həlli üçün
Müvəqqəti qanunvericilik orqanı olan Milli Şuranın yaradılması haqqında qərar
qəbul edildi. Milli Şuranın tərkibinə demokratik blokdan 25,
hakimiyyəti
müdafiə edən çoxluqdan 25 deputat, cəmisi 50 nəfər deputat daxil edilmişdi.
1991-
ci il dekabrın 8-də Brest şəhəri yaxınlığında Rusiya, Ukrayna və
Belorusiya respublikalarının rəhbərləri Müstəqil Dövlətlər Birliyinin (MDB)
yaradıldığını və beynəlxalq hüququn subyekti kimi SSRİ-nin mövcudluğuna
son qoyulduğunu elan etdilər. 1991-ci il dekabrın 21-də Brest "üçlüyünün".
Mərkəzi Asiya və Qazaxıstan respublikalarından
ibarət olan Aşqabad
"beşliyinin" və Ermənistan Respublikasının rəhbərlərinin Alma - ata görüşündə
SSRİ-nin mövcudluğuna son qoyulması haqqında Bəyannamə qəbul edildi. Bu
hadisə respublikanın rəhbəri A.Mütəllibovun və onun 20 noyabr hadisəsi
nəticəsində olduqca zəifləmiş komandasının Azərbaycanın müstəqilliyi ilə bağlı
bütün tərəddüdlərinə son qoydu. 1991-ci il dekabrın 29-
da respublikada
referendum keçirildi. Referendumun bülleteninə yalnız bir məsələ daxil
edilmişdi: "Siz, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı ilə
razısınızmi?" - Respublikanın səsvermə hüququ olan əhalisinin 95 faizindən
çoxu Referendumda iştirak edərək Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar
olduğunu bildirdi. Beləliklə, Azərbaycanın və onun xalqının tarixində yeni bir
səhifə açıldı. Azərbaycan respublikasının müstəqilliyini
dünya dövlətləri
içərisində ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, onun
ardınca həmin ildə Rumıniya, Pakistan, İsveçrə və İran, 1992-ci ilin əvvəllərində
isə ABŞ və Rusiya tanıdı. 1993-cü ilin əvvəllərində Azərbaycanın müstəqilliyini
artıq 116 dövlət tammışdı. Azərbaycan Respublikası 1991-ci ilin dekabnnda
İslam Konfransı təşkilatına (İKT), 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq
Təşkilatına (İƏT) qoşuldu. 1992-ci il martın 2-də Azərbaycan Respublikası
Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olundu.
Dostları ilə paylaş: