Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə265/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   261   262   263   264   265   266   267   268   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

atəşkəs dövrü 
başladı. 
1994 - 1995-ci illərdə prezident 
Heydər Əliyev 
tərəfindən respublikada 
qanuni dövlət hakimiyyətinin bərqərar edilməsi 
və 
siyasi sabitlik 
yaradılması 
istiqamətində qətiyyətli addımlar atılmışdır. Respublikada siyasi 
sabitliyi pozmaq istəyən baş nazir Surət Hüseynov Ə.Hümbətov və R.Qazıyevlə 
qüvvələrini birləşdirərək, hələ 1993-cü ilin sentyabrında Bakıya hücum planı 
hazırlamışdı. Əsas məqsəd Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq idi. 
Baş nazirin himayədarlığı ilə Azərbaycanın qərb rayonlarında qanunsuz hərbi 
qruplar da yaradılmışdı. 
1994-
cü ilin oktyabrın 4-də Gəncədə Baş nazir S.Hüseynovun 
tərəfdarlarından ibarət 300-ə yaxın silahlı şəxs şəhər icra hakimiyyətinin 
binasını və digər strateji obyektləri ələ keçirmişdi. Bakıda da S.Hüseynovla 
bağlı olan bir qrup hərbçi artilleriya qurğuları ilə Prezident sarayını və digər 
strateji obyektləri nişan alaraq əmr gözləyirdi. Oktyabrın 4-nə keçən gecə 
H.Əliyevin müraciəti ilə on minlərlə adam Prezident sarayı qarşısına toplaşaraq 
müstəqil dövlətçiliyimizin müdafiəsinə qalxdı. Hakimiyyət orqanlarının 
gördüyü qətiyyətli tədbirlər nəticəsində 
Gəncədə qiyam yatırıldı və dövlət 
çevrilişinə cəhdin 
qarşısı alındı. S.Hüseynov isə baş nazir vəzifəsindən 
uzaqlaşdırıldı. 
Daxili işlər nazirinin müavini Rövşən Cavadova tabe olan 
xüsusi 
təyinatlı polis dəstəsinin əməkdaşları 
1995-ci ilin martın 12-də 
Ağstafa 
və 
Qazax rayonlarında 
qiyam qaldıraraq dövlət idarələrini zəbt etdilər. 
Respublika prezidentinin xüsusi təyinatlı polis dəstəsinin ləğv edilməsi 
haqqında fərmanını yerinə yetirmək istəməyən xüsusi təyinatlılar 1995-ci il mart 
ayının 16-dan - 17-nə keçən gecə R.Cavadovun başçılığı ilə Bakının "8- ci km" 
qəsəbəsindəki bazasından Prezident sarayını və digər strateji obyektləri ələ 
keçirmək üçün hərəkətə keçdi. Lakin hökumət qüvvələrinin çevik hərbi 
əməliyyatı nəticəsində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin