Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


partiyanın nümayəndələrindən ibarət yeni parlament formalaşdı. 2000-ci ildə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə267/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   263   264   265   266   267   268   269   270   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


partiyanın nümayəndələrindən ibarət yeni parlament formalaşdı. 2000-ci ildə 
Respublikamızda məhkəmə hakimlərinin xüsusi test imtahanları ilə seçilməsi 
təcrübəsi tətbiq edildi. 
2001-
ci il dekabrın 28-də Milli Məclis "Azərbaycan Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya 
qanununu qəbul etdi. Nəticədə qabaqcıl demokratik Avropa dövlətlərində 
olduğu kimi, Azərbaycanda da insan hüquq və azadlıqlarının müdafiəçisi olan 
Ombudsman təsisatı yaradıldı. 
2002-
ci 
il 
avqustun 
24-də 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi və nəticədə 
əsas qanunumuza 24 dəyişiklik edildi. Konstitusiyada əsas dəyişikliklərin bir 
hissəsi 
Avropa 
Şurası 
qarşısında 
götürülmüş 
öhdəliklərlə 
bağlı 
Respublikamızda insan hüquq və azadlıqlarının genişləndirilməsinə və 
Konstitusiya Məhkəməsinin statusıma aid idi. Dəyişikliklərin qalan hissəsi isə 
Azərbaycanda mojaritar və proporsional (partiya siyahısı üzrə) seçki sistemi 
ləğv edilməsi və ümumi mojaritar (dairə üzrə birmandatlı) seçki sistemi tətbiq 
olunması, qanunverici və icraedici hakimiyyət orqanlarının səlahiyyətlərinin 
yenidən 
364 


müəyyənləşdirilməsi ilə bağlı idi. Bu dəyişikliklərdən sonra Azərbaycan 
Respublikasının hər bir vətəndaşına Konstitusiya Məhkəməsinə müraciət etmək 
hüququ verilirdi. 
2002-
ci ilin sentyabrından Respublikada üçpilləli məhkəmə sistemi 
formalaşdırıldı və yeni olan Apellyasiya Məhkəməsi yaradııldı. 
2003-
cü il avqustun 4-də gənc siyasi lider İlham Əliyev Azərbaycan 
Respublikasının Baş naziri təyin edildi. 2003-cü il oktyabrın 15-də keçirilən 
prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin yetirməsi və davamçısı 
İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 
2003-cü il dekabrın 12-də zəmanəmizin böyük siyasətçisi və dövlət 
xadimi Heydər Əliyev vəfat etdi. Azərbaycan tarixinin son 30 illik dövrü 
Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 
dövrdə Azərbaycanın sosial - iqtisadi və mədəni həyatında böyük nailiyyətlər 
qazanılmışdır. 1993 - 2003-cü illərdə Azərbaycan Respublikasının prezidenti 
olduğu dövrdə respublikada siyasi sabitliyin bərqərar edilməsində, dövlət 
müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycanın dünya birliyinə 
inteqrasiya edilməsində və beynəlxalq nüfuzunun yüksəlməsində Heydər 
Əliyevin misilsiz xidmətləri olmuşdur. 
Respublikamızın sosial - iqtisadi və mədəni inkişafı 
(1993 - 2003-cü illər) 
1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda respublikanın 
iqtisadiyyatı dərin böhran keçirirdi. Maliyyə sistemi bərbad vəziyyətə düşmüş 
və inflyasiya dərinləşmişdi. Sənaye müəssisələrinin çoxu işləmirdi və işsizlik 
əhalinin güzəranına, sosial vəziyyətinə çox ağır təsir göstərmişdi. Kənd 
təsərrüfatında da vəziyyət ağır idi. 1992-ci ildə pambıq plantasiyalarından 
məhsul yığımı hökumət tərəfindən başlı - başına buraxıldığından 100 min 
tondan çox qiymətli və strateji pambıq məhsulu və çoxlu üzüm təsərrüfat 
sahələrində yığılmamış qalaraq məhv olmuşdu. Dövlətimizin qarşısında duran 
əsas məsələ respublikanı ağır iqtisadi böhran vəziyyətindən çıxarmaq, sənaye və 
kənd təsərrüfatı istehsalım bərpa etmək və təsərrüfatın bütün sahələrini yeni 
bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmaqdan ibarət idi. Həmin vəzifənin 
həyata keçirilməsi üçün ilk növbədə hüquqi bazanın yaradılmasına başlandı. 
1994-cü il mayın 5-də xarici ticarətin sərbəstləşdirilməsi haqqında prezident 
fərmanı ilə respublikanın xarici iqtisadi əlaqələri liberallaşdırıldı, hüquqi və 
fiziki şəxslərə sərbəst surətdə xarici ölkələrlə ticarət etmək hüququ verildi. 
1994-ci ildə milli valyutamız olan manat respublikada yeganə ödəniş vasitəsi 
elan edildi. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əlaqələr 
genişləndirildi və 1995 - 1997-ci illərdə həmin maliyyə təşkilatlarından 1 
milyard 300 milyon dollardan çox kredit alındı. Həmin kreditlər respublika 
iqtisadiyyatının inkişafına və bərpasına yönəldildi. 
Azərbaycanın yeni neft strategiyası müyyən edildi. 1994-cü il 
365 


sentyabnn 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, 
Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və Yunanıstanın iri neft 
şirkətlərinin daxil olduğu Konsorsium (sonralar bu Konsorsiuma Yaponiya 
şirkəti də qoşuldu) arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", 
"Çıraq" yataqlannm və "Günəşli" yatağının bir hissəsinin birgə işlədilməsi və 
hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş 
imzalandı. Bu müqavilə tezliklə dünyada "Əsrin müqaviləsi" adı ilə 
məşhurlaşdı. Müqaviləyə görə investisiyanın 80%-i Konsorsium tərəfindən 
qoyulur və Azərbaycanın ümumi gəliri çıxarılacaq neftin dəyərinin 80%-i 
həcmində müəyyənləşdirilirdi. Xəzər dənizindən çıxarılacaq bütün qaz isə 
tamamilə Azərbaycanın ixtiyarına verilirdi. Neft strategiyasına uyğun olaraq 
1994 - 2002-ci illərdə Azərbaycan Dövlət Neft Şirkəti 15 ölkənin 33 neft şirkəti 
ilə 21 müqavilə imzalamışdır. Bu müqavilələr çərçivəsində Azərbaycana 60 
milyard dollar həcmində xarici investisiya qoyulması nəzərdə tutulmuşdu. 
Xəzər dənizindən çıxarılacaq nefti Rusiya və Gürcüstan vasitəsilə Qara 
dəniz limanlarına çıxarmaq üçün Bakı - Novorossiysk ”Şimal" boru xətti 
1997-ci ildə istifadəyə verildi. Bakı - Supsa ”Qərb*’ kəmərinin tikintisi isə 
1998-ci ilin sonlarında başa çatdınldı. 1999-cu il noyabrın 18-də İstanbulda 
Xəzər dənizində çıxarılacaq xam neftin Bakı - Tiflis - Ceyhan əsas ixrac boru 
kəməru vasitəsilə nəql edilməsi haqqında Azərbaycan, Gürcüstan, Türkiyə və 
Qazaxıstan arasında saziş imzalandı. Xəzər dənizindən Aralıq dənizinə qədər 
uzanmaqla ildə 50 milyon ton neft nəql edə biləcək və uzunluğu 1760 km olacaq 
Bakı - Tiflis - Ceyhan əsas neft ixrac kəmərinin tikintisinə 2002-ci ildə başlandı. 
Azərbaycan qazının Bakı - Tiflis - Ərzurum qaz kəməri vasitəsilə dünya 
bazarına çıxarılması haqqında 2001-ci ilin martında Türkiyə ilə, sentyabrında 
isə Gürcüstanla sazişlər imzalandı. 
Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi 1995-ci ildə 
başladı və 1997-ci ilin martında başa çatdı. Nəticədə 10174 kiçik dövlət 
müəssisəsi özəlləşdirildi. Ümumiyyətlə, kiçik müəssisələrin özəl mülkiyyətə 
çevrilməsi əsasən əmək kollektivləri üzrə, iri və orta müəssisələrin 
özəlləşdirilməsi isə səhmdar cəmiyyətlərinin yaradılması yolu ilə həyata 
keçirilirdi. 
2000-
ci il avqustun 10-da qəbul edilən özəlləşdirmə üzrə ikinci Dövlət 
Proqramının həyata keçirilməsi nəticəsində daha çox orta və iri müəssisələr 
özəlləşdirilərək 1275 səhmdar cəmiyyəti yaradılmışdır. 
Dövlətin məqsədyönlü iqtisadi siyasəti nəticəsində 1996-cı ildə 
Respublikamızda iqtisadi tənəzzül prosesi dayandırıldı, sənaye və kənd 
təsərrüfatında dirçəliş və inkişaf dövrü başladı. Sovet dövründən qalma 
maşınqayırma sənaye müəssisələri xarici bazarı itirdiyinə görə öz istehsal 
profilini dəyişərək Respublikanın sənaye və kənd təsərrüfatı sahələri üçün 
müxtəlif avadanlıqlar və ehtiyat hissələri istehsal etməyə başladılar. 1996-cı ildə 
Bakıda yağ zavodu, «Koka - kola», 1999-cu ildə «Pepsi - kola» zavodlan 
366 


istifadəyə verildi. 1997-ci ildə Sumqayıt boru - prokat zavodunda müxtəlif 
boruların istehsalı təşkil edildi və Avropada ən böyük 150 tonluq Marten sobası 
yenidən işə salındı. 2000-ci ildə Şəmkir -Yenikənd Su Elektrik Stansiyası, 
2001-ci ildə «Kaspian fış» balıq məhsulları müəssisəsi işə düşdü. 
Avropa Birliyinin TRASEKA proqramı üzrə Avropa - Qafqaz - Asiya 
nəqliyyat dəhlizinin - «Böyük ipək yolunun» işə düşməsi üçün 1993 - 1996- cı 
illərdə atılan addımlar Azərbaycan Respublikasının iqtisadiyyatının 
dirçəlməsində mühüm rol oynadı. 1998-ci ildə Bakıda «Böyük İpək Yolu» adlı 
beynəlxalq konfrans keçirildi. Böyük ipək yolu ilə Azərbaycandan 1996- cı ildə 
cəmi 345 min ton yük daşınırdısa, 2002-ci ildə artıq bu rəqəm 10 dəfəyədək 
artaraq 33 milyon tona çatmışdı. 
Müstəqillik dövründə Respublikanın iqtisadiyyatında baş vermiş 
struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq islahatının 
həyata keçirilməsi oldu. 1996-cı ildə bu sahədə radikal addım atıldı. 
1996-
cı ilin iyulun 16-da Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış 
«Torpaq islahatı haqqında» qanun qəbul edildi. Sovet İttifaqı dağılandan sonra 
müstəqillik əldə edən bütün respublikalardan fərqli olaraq Azərbaycanda torpaq 
sosial ədalət prinsipinə uyğun olaraq kənd sakinlərinin xüsusi mülkiyyətinə 
pulsuz verilirdi. Respublikanın vahid torpaq fondu əsasında üç: dövlət, 
bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən edildi. Kənd təsərrüfatı 
təyinatlı torpaqların 22 faizi xüsusi mülkiyyətə, 45 faizi dövlət mülkiyyətinə, 33 
faizi isə bələdiyyə mülkiyyətinə verilirdi. Torpaq islahatının və Ərzaq 
proqramının həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı məhsulları, xüsusilə 
taxıl istehsalı sürətlə artmağa başladı. 2000-ci ildə Respublikamızda ilk dəfə 
rekord miqdarda - 1,5 milyon ton taxıl istehsal edilmişdi. Ümumiyyətlə, 
Respublikada özəlləşdirmənin uğurla həyata keçirilməsi nəticəsində 2002-ci 
ildə artıq sənaye məhsullarının 50 faizi, kənd təsərrüfatı istehsalının isə 99 faizi 
özəl bölmənin payına düşürdü. 
Mədəni inkişaf 
Müstəqillik qazandıqdan sonra Azərbaycan sovet təhsilinin müsbət 
ənənələrini qoruyub saxlamaqla, öz milli maarif sistemini yaratmalı idi. Yeni 
şəraitdə artıq Azərbaycan məktəbi bolşevik ideologiyasımn təsirindən xilas 
olmuşdu. Respublikamızda milli təhsil konsepsiyası 1990-cı illərin 
əvvəllərindən həyata keçirilməyə başlamışdı. 90-cı illərdə təhsil sahəsində yeni 
proqramlar və dərsliklər hazırlanmış, ümumtəhsil məktəbləri sistemində mühüm 
dəyişikliklər baş vermiş, yeni litseylər və gimnaziyalar açılmışdı. 1993-cü ildən 
Respublikanın Ali məktəblərində ikipilləli (bakalavr və magistr) təhsil sistemi 
tətbiq olunmuş və 1997-ci ildə magistratura təhsil pilləsinə ilk qəbul 
keçirilmişdi. 1992-ci ildən Ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi 
uğurla davam etdirilmişdir. 2001-ci ildə artıq Respublikada 43 ali təhsil 
müəssisəsi fəaliyyət göstərirdi ki, bunun da 25-i dövlət, 18-i isə özəl idi. 
367 


2001-
ci ildə respublikamızda ilk özəl ümumtəhsil məktəbi olan Müasir 
Təhsil Kompleksi fəaliyyət göstərməyə başladı. Prezident Heydər Əliyev 
tərəfindən 2001-ci ilin sentyabr ayında Ali məktəblərdə əla qiymətlərlə oxuyan 
tələbələr üçün 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin